Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU

Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
10.07.2025 09:14 Sosial

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib. Sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

TodayPress TV xəbər verir ki, sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq,  xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1.0%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Nəticələr Azərbaycanın xarici siyasət kursuna – xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib.

Metodologiya

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib.

Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.

Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10 iyun – 18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub. 

Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.

Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, nəticələrin yalnız tədqiqat məqsədləri üçün istifadə ediləcəyi barədə məlumatlar verilib.

Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər