Anar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Anar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
17.06.2025 14:45 Sosial

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə növbəti görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, mentorluq proqramına uyğun olaraq Nazirlikdə müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.

Müsabiqə qalibləri Nazirlik və qurumlarında rəhbər vəzifəli şəxslərlə mütəmadi görüşlər keçirdiklərini bildirib, mentorluq proqramı çərçivəsində onların bilik və təcrübələrini, bacarıqlarını artırmaları üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Görüşdə proqramın davamı olaraq görüləcək işlərdən bəhs olunub, mentilərlə bağlı fərdi inkişaf planına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyevin mentorudur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

FOTOLAR

Anar Əliyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər