"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"

"Yeni mənzillər üçün ildə 2 milyard xərcləyirik"
18.05.2026 15:11 Siyaset en

“2025-ci ildə 238 min mənzil istifadəyə verilib və biz bu rəqəmi 2030-cu ilə qədər daha 1,5 dəfə artırmağı planlaşdırırıq”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlərin Bəyanatları (Leaders' Statements) mərhələsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev deyib.

O bildirib ki, proqramlar üçün dövlət büdcəsindən illik 2 milyard ABŞ dolları məbləğində vəsait ayrılır ki, bu da əhalinin əlverişli mənzillərlə təmin olunmasına xidmət edir:

“2024-cü ildə qeyri-formal məskunlaşma probleminin həlli üçün xüsusi qanunlar qəbul edilib və 100 minə yaxın sakin üçün mülkiyyət hüquqlarını təsdiqləyən sənədlər rəsmiləşdirilib”.

Özbəkistan dövlət başçısı mənzil fondunun yenilənməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə diqqət çəkib:

“Köhnəlmiş mənzil fondunun yenilənməsi məqsədilə, təmir-bərpa işləri hesabına tikilən yaşayış binalarının payının 15 faizdən 60 faizə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, urbanizasiya proseslərini daha effektiv idarə etmək üçün Milli Urbanizasiya Komitəsi təsis edilmişdir”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 All News