WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır
19.05.2026 23:02 Siyaset en

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) artıq üçüncü gündür ki, qlobal medianın əsas gündəm mövzularından biri olaraq qalır.

TodayPress TV xəbər verir ki, Türkiyənin "TRT Haber", "Milliyet", "Hibya", "T24", "DHA", "Günebakış" və digər media qurumlarında yayımlanan xəbərlərdə qardaş ölkənin tədbirdə geniş nümayəndə heyəti ilə iştirak etdiyi vurğulanıb, Azərbaycan-Türkiyə qardaşlığının şəhərsalma sahəsində də birgə layihələrlə əksini tapdığı qeyd edilib.

Xəbərlərdə Prezident İlham Əliyevin "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonlarının işğaldan azad edilmiş ərazilərdə uğurlu tətbiqindən ətraflı bəhs olunub.

Sessiyaya ilk gündən geniş yer ayıran Pakistan mediası Pəncab əyalətinin Baş naziri Məryəm Nəvazın Bakıdakı müzakirələrdə fəal iştirakını və Azərbaycanın dayanıqlı inkişaf sahəsindəki liderliyini geniş işıqlandırıb. "DND", "Radio Pakistan", "Dawn", "AAJ TV", "The Diplomatic Insight", "Dunya News", "Pakistan Today" və digər nəşrlərdə yer alan xəbərlərdə WUF13-ün Bakıda təşkilinin Azərbaycan Prezidentinin strateji baxışının təzahürü olduğu və ölkəmizin beynəlxalq nümayəndə heyətlərini ən yüksək səviyyədə qarşıladığı bildirilib.

Səudiyyə Ərəbistanının "Al Yaum", "Ajel", "Al Hadath", "Sabq", "Al Bilad", "Al Jazirah", "Al Madina", "Saudi Gazette", "Eye of Riyadh" nəşrlərində Krallığın WUF13-də 20 qurumla təmsil olunduğu qeyd edilib.

Birləşmiş Ərəb Əmirliklərinin "Voice of Emirates", "Al-Ain", "Al-Watan", "Menafn", Küveytin "Q8 Press", Bəhreynin "News of Bahrain", Qətərin "Mshireb", "Al Raya", "QNA", eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin rəsmi portalı (GCC-SG.org) və digər WUF13-də mənzil böhranı ilə bağlı aparılan müzakirələrin, irəli sürülən həll yollarının bu sahədə aktual məsələlərin həlli baxımından önəmi vurğulanıb, Körfəz dövlətlərinin tədbirdə fəal iştirak etdiyi qeyd olunub.

Qazaxıstanın "Almaty TV", "Vecher.kz", "Kursiv.media", "Kazinform", "Astana Times" "Smi24.kz", "KzVesti" media qurumları Baş nazir Oljas Bektenovun Bakıdakı çıxışını və qardaş ölkənin Azərbaycanın "Yaşıl şəhər" strategiyasına dəstəyini geniş işıqlandırılıb.

Özbəkistanın "Uzdaily", "Zamin.uz", "Eurasian Star" nəşrləri də Prezident Şavkat Mirziyoyevin forumda iştirakını və dayanıqlı şəhər inkişafı ilə bağlı irəli sürdüyü qlobal təşəbbüsləri geniş işıqlandırıb.

Qırğızıstanın "Reporter.kg", "Kabar.kg", "Sputnik.kg", "24.kg", "7tv.kg", "Kg.akipress.org", "Jambylinfo.kz" media qurumları Prezident Sadır Japarovun Bakıdakı çıxışına və Beynəlxalq Dağlıq Şəhərlər Assosiasiyasının yaradılması təklifinə geniş yer ayrılıb. Xəbərlərdə Azərbaycanın bu təklifi dəstəkləməsi və tədbirin yüksə səviyyədə təşkili məmnunluqla qeyd edilib. Azərbaycanın təşkilatçılıq sahəsində böyük təcrübəsi qırğız mediasında yüksək qiymətləndirilib.

Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin WUF13-də çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib. Bu ölkənin "Interpressnews.ge", "Bpn.ge", "Kvira.ge", "Exclusivenews.ge", "Mix.metronome.ge", "Palitranews.ge", "Palitranews.ge", "Timer.ge", "Newshub.ge", "Aktual.ge", "Qafqazturk.kom", "24news.ge", "Interpress.ge", "Realnews.ge" portalları, "1tv.ge", "Rustavi 2", "Georgia Today", "Civil.ge", "Imedi News" media qurumları WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar.

Meksikada yayımlanan "Candelero", "Proceso", "Mundo de Mujeres", "La Octava", "MVS Noticias", "El Universal", "Heraldo de Mexico", "Imagen Radio", "Consulta Monterrey", "Publimetro" nəşrlərdə dərc olunan xəbərlərdə Mexiko şəhərinin meri Klara Bruqadanın sessiya çərçivəsində Meksika pavilyonunun açılışını etməsinə və Azərbaycanın şəhərsalma modelini yüksək qiymətləndirməsinə geniş yer verilib.

Argentinanın "Infoquilmes", "El Sol Noticias", "News Digitales" nəşrləri bu ölkənin nümayəndə heyətinin WUF13-də iştirakını və dayanıqlı şəhər inkişafı mövzusunda təqdimatlarını geniş işıqlandırıb.

Braziliyanın "Atual MT", "Mato Grosso 24 Horas", "Plantao News", "Folha Estado", "Diplomacia Business" media qurumları ölkənin Bakıdakı forumda geniş təmsil olunduğunu və Braziliya nümayəndə heyətinin şəhər inkişafı sahəsində Azərbaycan tərəfi ilə fəal təcrübə mübadiləsi apardığını yazıb.

Çinin "Sinxua", "Sohu", "Phoenix News", "Sina", "Guilin Life", "Guangming Daily", "163.com", "China.org.cn", "People.com.cn", "Huarenshijie" və digər media qurumları Bakının ev sahibliyi etdiyi WUF13-ü qlobal urbanizasiyanın gələcəyini müəyyən edən mühüm hadisə kimi geniş işıqlandırıb.

Yaponiyanın "47 News", "The Miyanichi", "AFPBB" nəşrləri WUF13-ün qlobal dayanıqlılıq və rəqəmsal şəhərsalma istiqamətindəki əhəmiyyətindən bəhs edib.

Cənubi Koreyanın "Acrofan" Cənubi Koreya nəşrlərində Bakı Sessiyasının "Ağıllı şəhər" texnologiyalarının tətbiqi sahəsindəki rolu vurğulanıb. Azərbaycanın bu sahədəki sürətli inkişafı və tədbirin təşkilatçılığı Cənubi Koreya ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Məqalədə Bakının gələcək şəhərsalma üçün bir mərkəz kimi əhəmiyyəti qeyd edilib.

Hindistanın "India Nnews" "Bhaskar Hindi", "IANS Live", "PSU Connect" mətbu orqanları Bakıdakı sessiyada bu ölkənin dəyişən şəhər mənzərəsini nümayiş etdirməsindən və Azərbaycanın bu imkanı yaratmasından bəhs olunub.

Malayziyanın "Malay Mail", "Business Today", "Malaysia Gazette" media qurumları isə ölkənin regional şəhərsalma gündəliyini Bakıda təqdim etməsini və UN-Habitat ilə əlaqələrini gücləndirməsini diqqət mərkəzində saxlayıb.

Nepalın "Taksar News", "Triveni Times" nəşrləri də WUF13-ün qlobal şəhərsalma problemlərinin həlli üçün mühüm platforma olduğunu vurğulayıb.

İsveçrənin "Swisslatin.ch" nəşri qlobal mənzil çatışmazlığı fonunda Bakıda keçirilən tədbirin beynəlxalq əhəmiyyətindən bəhs edib.

Macarıstanda yayımlanan "2022plusz.hu" nəşri Bakı forumunda səsləndirilən qlobal mənzil böhranına dair xəbərdarlıqlara diqqət çəkib.

Serbiyanın "Biznis.rs","Newsmax Balkans" nəşri Prezident Aleksandar Vuçiçin ölkəsini Bakıda uğurla təmsil etməsi və Azərbaycanın bu mötəbər tədbiri təşkil etmək qabiliyyəti barədə fikirləri yer alıb.

Polşanın "WNP.pl", "PAP MediaRoom" nəşrləri xüsusilə WUF13-ün rəsmi açılış mərasiminə və Prezident İlham Əliyevin şəhərlərin gələcəyi ilə bağlı strateji baxışlarına geniş yer verib.

Albaniyanın "Shqiptarja", "RTSH" nəşrləri bu ölkənin Baş nazirinin müavini Albana Koçiunun WUF13-ün Liderlər Sammitində çıxışına və Azərbaycanın strateji investisiyalar vasitəsilə şəhərləri necə dəyişdirdiyinə dair fikirlərinə yer verib.

Bolqarıstanın "BNR News" Yunanıstan mətbuatı Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda mühüm qlobal çağırışların edildiyini bildirib. Xəbərdə Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyəli ev sahibliyi və regional liderlik rolu vurğulanıb.

Rusiyanın "Moscow-Baku.ru", "Vesti Kavkaza" nəşrləri Bakıda keçirilən WUF13-ün üçüncü günündə baş tutan müzakirələr və Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi mövzusunu işıqlandırıb.

Belarusun "ONT", "Bykhov.gov.by", "Belta" mətbu orqanlarında yer alan xəbərlərdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirin müasir şəhərsalma problemlərinin həlli üçün platforma rolu oynadığı bildirilib.

Cənubi Afrika Respublikasının "Southern Africa Eye News", "Central News" mediasında nazir Tembi Simelanenin WUF13 çərçivəsində görüşləri və Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətindən bəhs olunub.

Keniyanın "The Standard", "Nation Africa", "Eastleigh Voice" nəşrlərində Prezident Uillyam Rutonun WUF13-də fəal iştirakı və Afrikanın şəhərsalma problemləri ilə bağlı çağırışları əks olunub.

Anqolanın "Jornal de Angola", "Zango.co.ao", "Gira Noticias", "O Pais" mətbu orqanları da WUF13 çərçivəsində Anqola pavilyonunun böyük maraqla qarşılandığını və BMT-Habitat ilə əməkdaşlıq imkanlarını işıqlandırıb.

Liviyanın "Libya Alyoum", "Al Wasat" və digər nəşrlərində Azərbaycanın ev sahibliyi etdiyi sessiyanın müharibədən zərər çəkmiş ərazilərin bərpası ilə bağlı mühüm dialoq və təcrübə mübadiləsi mərkəzi olduğu vurğulanıb.

WUF13 Tacikistan "Khovar", "Tajikistan News", Suriyanın "SANA", İordaniyanın "Al-Bayader", Somalinin "Goobjoog", Kubanın "Cuba Si" və digər ölkələrin aparıcı nəşrləri tərəfindən də geniş işıqlandırılıb.

TodayPress TV 

NEWS FEED
31 MAY 2026
Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 All News