Orxan Zeynalov Afinada 29-cu İllik Hökumət Dəyirmi Masasında iştirak etdi

Orxan Zeynalov Afinada 29-cu İllik Hökumət Dəyirmi Masasında iştirak etdi
03.07.2025 11:36 Sənaye və energetika

Yunanıstanın Afina şəhərində “The Economist Impact” platforması tərəfindən keçirilmiş 29-cu İllik Hökumət Dəyirmi Masasında energetika nazirinin müavini Orxan Zeynalov iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir müavini “Enerji sahəsində regional və regionlararası əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl keçid üçün çağırışlar” mövzusunda təşkil olunan panel sessiyada çıxışı zamanı Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, Avropanın, eləcə də Yunanıstanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs edib, bu dəhliz vasitəsilə gələcəkdə Avropaya qaz təchizatının artırılması imkanlarından danışıb.

Azərbaycanda enerji sahəsində, xüsusilə enerji keçidi, bərpa olunan enerji sahəsi üzrə həyata keçirilən layihələr, yaşıl enerji dəhlizləri təşəbbüsləri barədə məlumat verib. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin əhəmiyyətini qeyd edərək bu və digər yaşıl enerji dəhlizlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib. Bu layihələr çərçivəsində bəzi Asiya ölkələri və şirkətləri ilə əməkdaşlıq edildiyi qeyd olunub. Regional enerji əlaqələrinin gücləndirilməsi, yaşıl enerji nəqli marşrutlarının şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlıq imkanlarının əhəmiyyəti diqqətə çatdırılıb. Enerji böhranının qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində nazir müavini Yunanıstanın energetika nazirinin müavini Nikos Tsafos, Yunanıstanın xarici işlər nazirinin müavini Harry Theoharis və Moldovanın energetika naziri Dorin Junghietu ilə görüşüb. Görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

FOTOLAR

Orxan Zeynalov Afinada 29-cu İllik Hökumət Dəyirmi Masasında iştirak etdi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər