Enerjidə sabitlik və güc: “8 Noyabr” Stansiyası ölkənin iradəsinin simvoludur

Enerjidə sabitlik və güc: “8 Noyabr” Stansiyası ölkənin iradəsinin simvoludur
27.06.2025 16:10 Sənaye və energetika

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin və dayanıqlı inkişafının simvoludur”.

Milli Məclisin deputatı Nigar Məmmədova bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sektorunda mühüm strateji addım olmaqla yanaşı, bütövlükdə ölkənin enerji təhlükəsizliyini və iqtisadi sabitliyini daha da gücləndirəcək. 

“Dünya üzrə artan enerji tələbatı və geosiyasi kataklizmlər fonunda daxili enerji infrastrukturuna və yeni texnologiyalara yönələn investisiyalar xüsusi aktuallıq daşıyır. Bu baxımdan Azərbaycanın düzgün və uzaqgörən enerji siyasəti həm milli maraqları müdafiə edir, həm də ölkənin xarici risklərə qarşı dayanıqlığını gücləndirir”.

Millət vəkili yeni elektrik stansiyasının əsas üstünlüklərindən biri kimi təbii qaza qənaət və karbon emissiyalarının azaldılmasını göstərib. Onun qənaətincə, bu, Azərbaycanın iqlim gündəliyinə qarşı məsuliyyətli davranışını bir daha sübut edir. Həmçinin, Azərbaycanın COP29-un ev sahibi kimi üzərinə götürdüyü öhdəliklərlə səsləşir və aşağıkarbonlu gələcək yolunda konkret addım kimi qiymətləndirilə bilər.

“Hazırda Azərbaycan qazı ilə enerji təhlükəsizliyini təmin edən ölkələrin sayı artır. Ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi qəbul olunur və bu istiqamətdə əməkdaşlıq etmək istəyən tərəfdaşlar da çoxalır. Xüsusilə bu gün dünyada enerji xətlərinə yönələn təhdidlər fonunda Azərbaycanın sabitliyi və inkişaf modeli daha da ön plana çıxır. Yeni stansiyanın inşasında İtaliya və Çin şirkətlərinin fəal iştirakı, ölkəmizdəki sabit və etibarlı investisiya mühitinə olan inamın göstəricisidir. Sabitlik və təhlükəsizlik axtaran beynəlxalq investorlar üçün Azərbaycan cəlbedici tərəfdaş kimi formalaşıb. Bu sabitliyin əsasında isə Azərbaycanın öz gücünə və xalqının iradəsinə əsaslanan siyasəti dayanır”.

Parlamentari xüsusi olaraq diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi zamanı Mingəçevir - Azərbaycanın enerji ürəyi – düşmənin birbaşa hədəfi olub. Prezidentin də vurğuladığı kimi, bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Lakin bu niyyət baş tutmadı. Elə yeni stansiyanın “8 Noyabr” adlandırılması da Zəfər Günü ilə birbaşa bağlıdır və rəmzi məna daşıyır.

“Bu stansiya təkcə energetika obyektindən ibarət deyil – o, həm də Azərbaycanın enerji təhlükəsizliyinə, texnoloji tərəqqisinə və sabit inkişaf yoluna inamın təcəssümüdür. Beynəlxalq tərəfdaşlar da bu nəhəng layihəni ölkəmizin uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq enerji sisteminə verdiyi töhfənin simvolu kimi dəyərləndirirlər”, - deyə o, nitqini sonlandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışını edib.

Töhfə Səməd

FOTOLAR

Enerjidə sabitlik və güc: “8 Noyabr” Stansiyası ölkənin iradəsinin simvoludur — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər