Azərbaycan BOEM üzrə 10 yeni layihə icra edəcək

Azərbaycan BOEM üzrə 10 yeni layihə icra edəcək
11.06.2025 17:14 Sənaye və energetika

Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafının ikinci mərhələsi çərçivəsində daha 10 yeni layihənin həyata keçirilməsini planlaşdırır.

TodayPress TV xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib.

O xatırladıb ki, 2027-ci ilə qədər Azərbaycanda "yaşıl enerji" sahəsində 10 layihənin həyata keçirilməsi planlaşdırılır və buna 2,7 milyard ABŞ dolları investisiya yönəldiləcək.

"Bu, 2 GVt “yaşıl enerji” istehsal etməyə imkan verəcək. 2027-ci ildən sonra üç fazalı inkişafın ikinci fazası çərçivəsində daha 10 layihəmiz var – bunlar dənizdəki külək elektrik stansiyaları, qurudakı külək elektrik stansiyaları, günəş enerjisi layihələri və sairədir - beləliklə, 2030-cu ilə qədər istehsal edəcəyimiz 6 GVt-dan çox əlavə "yaşıl enerji"nin 4 GVt-ı əsasən dəniz külək elektrik stansiyalarından ixrac ediləcək", - energetika nazirinin müavini bildirib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycanda "bu yeni həcmləri sabitləşdirmək üçün" 250 MVt-lıq akkumulyator sistemlərinin tikintisi planlaşdırılır.

"Azərbaycan-Türkiyə" yaşıl enerji dəhlizinin yaradılması layihəsinə toxunan O.Zeynalov qeyd edib ki, bu dəhliz öz başlanğıcını Naxçıvan Muxtar Respublikasından götürəcək: "Boston Consulting Group (BCG) layihənin texniki-iqtisadi əsaslandırmasını yeni tamamlayıb, yekun hesabatı hökumətə təqdim edib. O, 2 komponentdən ibarətdir. Komponentlərdən biri Naxçıvanda yaşıl enerji zonasıdır, burada yaşıl enerji əsasən günəş stansiyalarında istehsal ediləcək, çünki Naxçıvanda radiasiya səviyyəsi daha yüksəkdir, lakin külək enerjisi üçün də müəyyən potensial var. İkinci komponent isə Türkiyəyə interkonnektordur".

O.Zeynalov əlavə edib ki, bu enerji dəhlizi ilə “yaşıl enerji” təchizatının həcmi ilə bağlı dörd variant öyrənilib: 0,5 GVt, 1 GVt, 1,5 GVt və 3 GVt.

"Yenə də HVDC kabeli nəzərdən keçirilir, ona görə də bu məsələyə baxılacaq. Bu da çox vacib layihədir və onun iki variantı var: bir marşrut Naxçıvandan Türkiyəyə birbaşa ixrac, alternativ marşrut isə Cəbrayıl qovşağından Zəngəzur vasitəsilə Naxçıvana və sonra Türkiyəyə ixracdır. Hər iki variant BCG hesabatında öyrənilib", - deyə nazir müavini bildirib.

(Report)

XƏBƏR LENTİ
31 MAY 2026
CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Bütün Xəbərlər