Quş qripi insan virusu xüsusiyyətlərini alır

Quş qripi insan virusu xüsusiyyətlərini alır
02.07.2025 20:00 Sağlamlıq

Çində aparılan genişmiqyaslı tədqiqat "H9N2" quş qripi virusunun insanlara yoluxmaq qabiliyyətinin getdikcə artdığını üzə çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Nature Microbiology” jurnalında dərc olunmuş araşdırmaya istinadən “Innovanews” məlumat yayıb.

"H9N2" virusu ilk dəfə 1994-cü ildə Çində aşkarlanıb və bu günə qədər ev quşları arasında əsasən yayılan alt tip olaraq qalır. Lakin son illərdə insanlara yoluxma hallarının artması alimləri ciddi narahat edir. “Planet Today” yazır ki, bu alt tip artıq təkcə quşçuluq üçün deyil, həm də ictimai sağlamlıq baxımından potensial təhlükə yaradır.

Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Qrip Tədqiqatları Mərkəzi (CASCIRE) 2014–2023-cü illər arasında canlı quş bazarlarında apardığı monitorinq nəticəsində "H9N2"nin 10-dan çox genetik alt tipini müəyyən edib. Bu mutasiyaların mövcud vaksinlərin effektivliyini azaltdığı bildirilib.

Alimlərin sözlərinə görə, son zamanlarda aşkar edilən mutasiyalar virusun insan hüceyrələrinə daxil olmasını və çoxalmasını asanlaşdırır. Məsələn:

99,46% nümunədə "HA-L226" adlı mutasiya tapılıb ki, bu da virusun insan hüceyrələrinin səthindəki reseptorlarla daha yaxşı birləşməsinə imkan yaradır;

96,17%-ində "NP-N52" mutasiyası virusun insanın immun sistemindəki MxA zülalını “aldadaraq” qorunmadan yayınmasına səbəb olur;

32,61% halda isə "PB2-V627" mutasiyası virusun məməlilərin hüceyrələrində sürətlə çoxalmasına səbəb olur.

Bu mutasiyalar virusun insandan insana keçmək qabiliyyətini artırır. Xoruzlar və dəniz donuzları üzərində aparılan təcrübələr də bunu təsdiqləyib.

Alimlər qeyd edib ki, “H9N2" artıq təkcə quşlara deyil, insanlara da uyğunlaşır və bu, epidemioloji nəzarətin gücləndirilməsi və yeni vaksinlərin hazırlanmasını zəruri edir”.

Mövcud vaksinlərin uzun müddətdir tətbiq olunmasına baxmayaraq, "H9N2" Çində geniş yayılmaqda davam edir və mutasiyalara uğrayır. Tədqiqatçılar gələcəkdə daha yoluxucu alt tiplərin meydana çıxacağına dair xəbərdarlıq edirlər.

Alimlər bildiriblər ki, yeni nəsil vaksinlər yalnız humoral deyil, həm də hüceyrəvi immuniteti stimullaşdırmalı, eyni zamanda tənəffüs yollarının selikli qişasında qoruyucu təsir yaratmalıdır. Əks halda, "H9N2" səbəbli yeni pandemiya riski arta bilər.

Qeyd olunur ki, bu araşdırma əsasən Çindəki vəziyyəti əhatə etsə də, "H9N2" virusu Asiya, Yaxın Şərq və Afrika ölkələrində də yayılıb. Tədqiqatçılar həmin regionlarda da monitorinqin gücləndirilməsini vacib sayır.

Hazırda alimlər virusun insanlara uyğunlaşma mexanizmini öyrənməyə davam edir və onun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı strategiyalar üzərində işləyirlər.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər