Qadınlar insultdan sonra gündəlik işlərə niyə gec qayıdır?

Qadınlar insultdan sonra gündəlik işlərə niyə gec qayıdır?
18.12.2025 18:45 Sağlamlıq

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, qadınlar insultdan sonra gündəlik fəaliyyətləri yerinə yetirməkdə kişilərə nisbətən daha yavaş bərpa olunurlar. 

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Neurology" jurnalında dərc edilib.

Tədqiqatda ilk dəfə işemik insult keçirmiş 1046 nəfərin məlumatları təhlil olunub. İştirakçıların orta yaşı 66 olub. Alimlər insultdan üç, altı və 12 ay sonra onların sağlamlıq vəziyyətini və həyat keyfiyyətini qiymətləndiriblər.

Araşdırma zamanı yemək hazırlamaq, geyinmək, ev işləri görmək və avtomobil sürmək kimi gündəlik fəaliyyətlərə xüsusi diqqət yetirilib. Nəticələr göstərib ki, bütün mərhələlərdə qadınlar kişilərə nisbətən daha çox çətinlik yaşayıblar. Bu isə funksional sağalmanın qadınlarda daha ləng getdiyini göstərir.

Zamanla qadınlarda da irəliləyiş müşahidə olunsa da, fərq tam aradan qalxmayıb. Yaş, təhsil, sosial vəziyyət və sığorta kimi amillər nəzərə alındıqdan sonra belə, qadınların göstəriciləri daha zəif qalıb.

Bununla yanaşı, nitq və sadə hərəkətlər kimi digər nevroloji funksiyalarda qadınlar və kişilər arasında ciddi fərq aşkarlanmayıb.

Alimlər bildirirlər ki, qadınlar üçün reabilitasiya proqramları hazırlanarkən fiziki güc tələb edən fəaliyyətlərə – əzələ möhkəmləndirmə məşqlərinə, ev işlərinə və gündəlik fiziki aktivliyə daha çox diqqət yetirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 All News