Dünyada cəmi 50 nəfərdə olan “qızıl qan”

Dünyada cəmi 50 nəfərdə olan “qızıl qan”
14.11.2025 19:15 Sağlamlıq

Dünyada son dərəcə nadir rast gəlinən Rh-null qan qrupu — tibbdə “qızıl qan” adlandırılan bu qan növü — hazırda cəmi 50 insanda mövcuddur.

Todaypress TV "Haber Global" a istinadən xəbər verir ki, bu qan qrupu bütün Rh antigenlərinin olmadığı yeganə qan növü hesab olunur və bu xüsusiyyəti onu həm son dərəcə nadir, həm də tibbi araşdırmalar üçün olduqca dəyərli edir.

Rh-null qanı olan şəxslər üçün ən böyük risk uyğun donor tapmağın son dərəcə çətin olmasıdır. Məhz buna görə bu qan daşıyıcılarına öz qanlarını uzunmüddətli istifadə üçün dondurmaq tövsiyə olunur.

Son illərdə alimlər laboratoriya şəraitində Rh-null tipli qan hüceyrələri yaratmaq istiqamətində əhəmiyyətli addımlar atıblar. İngiltərə, ABŞ, Kanada və İspaniyada aparılan araşdırmalarda gen redaktəsi texnologiyası vasitəsilə immun uyğunsuzluq yaradan antigenlər qandan çıxarılıb və universal uyğunluğa yaxınlaşan qan hüceyrələri əldə edilib.

Lakin ekspertlər bildirir ki, laboratoriyada istehsal olunan qan hələ kliniki istifadəyə tam hazır deyil. Kök hüceyrələrdən tam yetkin qırmızı qan hüceyrələrinin əldə olunması hələ də ən böyük çətinlik olaraq qalır.

Tədqiqatlar davam etdiyi təqdirdə gələcəkdə nadir qan qruplarına ehtiyacı olan xəstələrin həyatını xilas etmək mümkün ola bilər.

Jalə Rövşən

Todaypress TV


NEWS FEED
01 JUNE 2026
Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 All News