Dəyişkən havalarda sağlamlığımızı necə qoruyaq? – Həkim XƏBƏRDARLIQ ETDİ

Dəyişkən havalarda sağlamlığımızı necə qoruyaq? – Həkim XƏBƏRDARLIQ ETDİ
15.08.2025 18:31 Sağlamlıq

Son günlərdə Azərbaycanda havanın qeyri-sabit keçməsi nəticəsində əhali arasında, xüsusilə də uşaqlarda xəstəlik hallarının artması müşahidə olunur. Ən çox rast gəlinən simptomlar arasında öskürək, yüksək hərarət, boğaz və qulaq ağrıları yer alır.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan həkim-pediatr Aytən İsmayılzadə bildirib ki, virusların uşaqların orqanizmində uzun müddət qalmasının əsas səbəblərindən biri düzgün qidalanmama və süni vasitələrdən həddindən artıq istifadədir:

“Hazırda mövsümi xəstəliklər əsasən virus mənşəli olan qrip, paraqrip, respirator sinsitial virus (RSV) və digərləridir. Bu viruslar insanlarda yüksək hərarət, öskürək, burun axması (zökəm), baş ağrısı və ümumi halsızlıq kimi əlamətlərlə özünü göstərir. Öskürəyin uzun müddət davam etməsinin əsas səbəblərindən biri, xüsusilə uşaqlar arasında allergik fonun geniş yayılmasıdır. Uşaqların təxminən 90 faizi müxtəlif allergik həssaslığa malikdir. Bu isə birbaşa qidalanma ilə bağlıdır. Uşaqların çoxu süni və emal olunmuş qidalarla böyüyür. Bu cür qidaların tərkibində isə tez-tez kimyəvi qatqılar və allergik maddələrə rast gəlinir".

Həkimin sözlərinə görə, süni və yüksək dərəcədə emal olunmuş qidalar, o cümlədən “fast food” məhsulları, orqanizmdə toksinlərin yığılmasına səbəb olur. Bu isə immun sistemini zəiflədir və virus infeksiyalarından sağalma müddətini uzadır:

“Qeyri-sağlam qidalar bağırsaq mikroflorasına da mənfi təsir göstərir. Bu isə orqanizmin immun müdafiəsini zəiflədir və hər hansı virus və ya infeksiyadan sonra sağalma prosesini çətinləşdirir, ağırlaşma riskini artırır. Belə hallarda antibiotiklərin təyinatı çox zaman qaçılmaz olur. Məhz bu səbəbdən müalicə zamanı bioloji və inteqrativ tibb üsullarına üstünlük verilməlidir", - deyə pediatr vurğulayıb.

Türkan İsgəndərli

FOTOLAR

Dəyişkən havalarda sağlamlığımızı necə qoruyaq? – Həkim XƏBƏRDARLIQ ETDİ — 1
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər