Aspirinin hamiləlikdə faydaları aşkarlandı

Aspirinin hamiləlikdə faydaları aşkarlandı
15.11.2025 20:00 Sağlamlıq

Alimlər hamiləlik dövründə aşağı dozada aspirin qəbulunun faydalı ola biləcəyini müəyyən ediblər.

TodayPress TV "NBC News"a istinadən xəbər verir ki, bu dərman preeklampsiyanın – hamiləlik zamanı yaranan ciddi fəsadın – qarşısının alınmasında kömək edə bilər.

Bunun ardından Qərb ölkələrinin bir çox xəstəxanaları hamilə qadınlara kiçik dozalı aspirin istifadəsini tövsiyə etməyə başlayıb.

Hazırda ABŞ-da hamiləliklərin təxminən 4%-i preeklampsiya ilə əlaqələndirilir. Aspirin qəbulunun bu riski 15%, vaxtından əvvəl doğuş ehtimalını isə 20% azaltdığı bildirilir. Mütəxəssislər həmçinin dərmanın körpənin sağ qalma şansını artırdığını vurğulayırlar.

Əvvəllər aparılan araşdırmalar aspirinin diabet xəstələrində ürək-damar xəstəlikləri riskini də azaltdığını göstərmişdi. Aspirin qəbul etməyənlərlə müqayisədə bu qrupda infarkt, insult və ölüm hallarının daha az olduğu qeyd olunub.

Bununla yanaşı, daha əvvəlki bəzi məlumatlarda parasetamol, aspirin və amoksiklav kimi dərmanların qaraciyərə zərər verə biləcəyi də bildirilib.

Jalə Rövşən

TodayPress TV


NEWS FEED
02 JUNE 2026
Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 Nikol Samveli “Gücsüz” qoydu - Qazandıqlarını ortaya çıxart! 15:51 Küləyin sürəti 26 m/s-dək güclənir - FAKTİKİ HAVA 15:41 All News