WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi

WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi
20.05.2026 19:54

Azərbaycanın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 2026-cı ilin 17–22 may tarixlərində ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.

Bu barədə TodayPress TV-yə Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, media nümayəndələri əvvəlcə genişmiqyaslı şəhər transformasiyasının uğurlu nümunələrindən biri hesab olunan "Bakı Ağ Şəhər"i ziyarət ediblər. Burada qonaqlara bildirilib ki, "Ağ Şəhər" layihəsi rahat şəhər mühiti konsepsiyası əsasında layihələndirilib və yaşayış, kommersiya, ictimai və mədəni məkanların əlçatan məsafədə inteqrasiyasını təmin edir. Bu yanaşma sakinlərin avtomobildən istifadəsinin azaldılmasına və daha dayanıqlı şəhər həyatının formalaşmasına xidmət edir.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və zəngin irsinin dərindən öyrənilməsi və tədqiqinə yönəlib. Media nümayəndələri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədlər, eləcə də müxtəlif eksponatlarla da tanış olublar.

İçərişəhər turu çərçivəsində isə qonaqlara Bakının qədim tarixi, zəngin mədəni irsi və şəhərsalma ənənələri barədə ətraflı məlumat verilib. Media nümayəndələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub, İçərişəhərin qorunub saxlanılan unikal şəhər mühiti və tarixi siması haqqında məlumat əldə ediblər.

TodayPress TV

PHOTOS

WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi — 1
WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi — 2
WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi — 3
WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edildi — 4
NEWS FEED
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 All News