WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirildi

WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirildi
19.05.2026 22:39

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” mövzusunda paralel tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, şəhərləri iqlim dəyişmələrinin təsirlərinə qarşı daha davamlı etmək məqsədilə təşkil olunan bu tədbir zamanı ekstremal təbiət hadisələrinin ətraf mühitə, şəhər infrastrukturuna və yaşayış ərazilərinə vurduğu zərərin azaldılmasına, eləcə də elmə əsaslanan və insan həyatını xilas edən qərarların qəbulunda bir çox təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin oynadığı rola xüsusi diqqət yetirilib.

Tədbir zamanı Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev (video-müraciət), Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, 2014-2019-cu illərdə Avropa Komissiyasının miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissarı olmuş Dimitris Avramopoulos açılış nitqi ilə çıxış ediblər.

Panel müzakirələrində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Finlandiya Meteorologiya İnstitutu, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panel (IPCC), Türkiyə Dövlət Meteorologiya Xidməti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Həmçinin, tədbir zamanı qeyd olundu ki, “Hər kəs üçün erkən xəbərdarlıq” (“EW4ALL”) təşəbbüsü BMT-nin baş katibi tərəfindən irəli sürülüb və Azərbaycan UNEP ilə Yaşıl İqlim Fondunun (GCF) dəstəyi çərçivəsində “Azərbaycanda iqlimədavamlılığın artırılması üçün iqlim məlumatları və bir çox təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsini həyata keçirməyi planlaşdırır.

TodayPress TV

PHOTOS

WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirildi — 1
WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirildi — 2
WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədavamlı şəhərlər” adlı tədbir keçirildi — 3
NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News