“Qızılbaş Qlobal İrs” Təşkilatı Prezidentə təbrik ünvanladı

“Qızılbaş Qlobal İrs” Təşkilatı Prezidentə təbrik ünvanladı
12.08.2025 17:34 Siyasət

“Qızılbaş Qlobal İrs” Təşkilatı Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident!

“Qızılbaş Qlobal İrs” Təşkilatı adından Sizə, Ermənistan Respublikasının Baş Naziri ilə birlikdə ABŞ Prezidenti cənab Donald Trumpun şəxsən iştirakı ilə Ağ Evdə imzalanan sülh və əməkdaşlıq sazişi münasibətilə ən səmimi təbriklərimizi çatdırır, bu mühüm tarixi hadisənin Azərbaycan xalqı və regionun sabitliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaq istərdik.

Bu razılaşmanın əldə olunması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm dönüş nöqtəsidir. Sizin yüksək idarəçilik qabiliyyətiniz, qətiyyətli və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan son illərdə iqtisadi inkişaf, beynəlxalq nüfuz və regional əməkdaşlıq sahəsində əhəmiyyətli irəliləyişlərə nail olmuşdur.

Tarixi baxımdan, Azərbaycan xalqının böyük sərkərdəsi və mütəfəkkiri Şah İsmayıl Xətai ilə başlayan milli müstəqillik və dövlətçilik ənənəsi, bu gün Sizin liderliyinizdə yeni dövrünü yaşayır. İlham Əliyevin uzaqgörən rəhbərliyi və milli maraqlara sədaqəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, mədəni və tarixi dəyərlərin qorunmasına və inkişafına zəmin yaratmışdır.

Ölkəmizin işğaldan azad edilən ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proqramları, eləcə də regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü fəaliyyətlər Sizin liderliyinizin və dövlətçilik ənənələrinin parlaq nümunəsidir.

Biz, "Qızılbaş Qlobal İrs" Təşkilatı olaraq, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin təmsilçiləri kimi, bu tarixi və strateji mərhələdə Sizin yanınızda olduğumuzu bildirmək istəyirik. Azərbaycanın tərəqqisi və regionda davamlı sülhün təmin olunması naminə gördüyünüz əvəzsiz işləri yüksək qiymətləndirir, gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik.

Hörmətli Cənab Prezident, Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikasının daha da güclənəcəyinə və beynəlxalq səviyyədə nüfuzunun artacağına tam əminik. Gələcək nəsillər üçün əmin-amanlıq və firavanlıq təmin edən bu mühüm addımların uğurlu nəticələrini görmək arzusu ilə Sizə möhkəm cansağlığı və şəxsi xoşbəxtlik diləyirik.

Hörmətlə,

“Qızılbaş Qlobal İrsi” Təşkilatı

Aşağıda adı qeyd olunan hörmətli üzvləri ilə birlikdə:

1. Babək Hüseynli – Sədr, Bakı, Azərbaycan

2. Dr. Arşi Kızılbaş – Delta Health Şirkətlər qrupunun Rəhbəri, Nyu-York, ABŞ; Qızılbaş Qlobal İrsi Təşkilatının Sədr Müavini

3. Zülfiqar Əli Qızılbaş – iVivity Consulting Şirkətinin prezidenti Atlanta, ABŞ

4. Ağa Zeyn Qızılbaş – Pakistan–Azərbaycan Texniki Əməkdaşlıq Təşkilatının Direktoru Bakı, Azərbaycan

5. Əlisina Əfşar – “Əfşar Ulduzu” Tədris Mərkəzinin direktoru və Azərbaycan dili müəllimi, Kabil, Əfqanıstan

6. Sərdar Əli İrtiza Qızılbaş – Messrs Sohail & Butt LLP Hüquq şirkətinin vəkili, Pişəvər, Pakistan

7. Əli Əfşar – Guangzhou Afshar Şirkətinin rəhbəri, London, Böyük Britaniya

8. Briqada Generalı (təqaüddə) Əli Rza Qızılbaş – Pakistan Silahlı Qüvvələrinin təqaüdçü zabiti; İnsan Resursları Direktoru, Lahor, Pakistan

9. Səba Qızılbaş – Rəssam və Pedaqoq, Oksford Universiteti; Oksford, Böyük Britaniya

10. Mirzə Əsəd Həsən Qızılbaş – Kemper Securities (Uol Strit) şirkətinin İnvestisiyalar üzrə Vitse-Prezident; Nyu-York Fond Birjasının üzvü, Nyu-York, ABŞ

11. Səna Bətul Qızılbaş – Rəssam və Abstrakt Ekspressionizm üzrə mütəxəssis, Malayziya

12. Ağa Əli Heydər Qızılbaş – Pakistan Parlamentinin Millət vəkili

13. Dr. Əli Kumail Qızılbaş – Professor, Şair və Yazıçı, Bəlucistan Universiteti, İslamabad, Pakistan

14. Əli İqbal Qızalbaş – Pakistan Ali Məhkəməsinin Vəkili, Pişəvər, Pakistan

15. Ağa Sərvər Rza Qızılbaş – Pakistan Nazirlər Kabinetinin eks katibi, Lahor, Pakistan

16. Əsəd Qızılbaş – Musiqi ustası, Belçika Krallığı, Brüssel

17. Vahid İbayev- "Qızılbaş Qlobal İrs" təşkilatının kommunikasiya moderatoru , Azərbaycan, Bakı

18. Məşud Hüseyn "Powertech" Baş icraçı direktor, İngiltərə

19. Um Əli Qızılbaş, Qızılbaş-Səfəvi tarixi üzrə araşdırmaçı, Dubay, Səudiyyə Ərəbistanı

20. Doktor Əli Həsən Qızılbaş, Toronto Universitetinin professoru, Toronto Kanada

21. Rubina Qızılbaş, Sufizm fəsəfəsi üzrə müxtəlif kitab və nəşrlərin müəllifi, Boston, ABŞ 

22. İmtiaz Qızılbaş- Məşhur mühəndis, WAPDA(Pakistan Su və Enerji Qurumu) -nın qurucusu, qlobal məsləhətçi, Lahor, Pakistan 

23. Zeynəb Qızılbaş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf üzrə məsləhətçisi, Atlanta, ABŞ 

24. Heydər Qızılbaş Pakistanın məşhur işə qəbul şirkəti  "Karyera Pakistan"-ın qurucusu və Rəhbəri, İslamabad, Pakistan"

FOTOLAR

“Qızılbaş Qlobal İrs” Təşkilatı Prezidentə təbrik ünvanladı — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
“Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Bütün Xəbərlər