Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO
20.05.2026 20:37

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.

TodayPress TV xəbər verir ki, forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımdan mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, "Bizim Həyət" layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF-ın nümayəndəsi Sesiliya Vaka Cons çıxışlarında şəhərlərdə hava çirklənməsinin azaldılmasının insan sağlamlığının qorunması, iqlim dayanıqlılığının gücləndirilməsi və daha keyfiyyətli yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib. IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, UNEP-in regional əlaqələndiricisi Mahir Əliyev, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin proqram meneceri Dorota Yaroşinska, CAF-ın "Breathe Cities" təşəbbüsünün nümayəndəsi Manuel Truhilyo və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti sektorunun müdiri Fuad Hümbətov şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji çağırışların həlli və insan sağlamlığına təsirlərin azaldılması istiqamətində beynəlxalq təcrübə və praktiki yanaşmaları müzakirə ediblər.

Tədbirin yekununda "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünike qəbul olunub. Kommünikedə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.

Qeyd edək ki, yüksəksəviyyəli forum çərçivəsində, həmçinin "Clean Air Fund", UNEP və digər tərəfdaşların müxtəlif vizual materialları, eləcə də "Children's Eyes on Earth" beynəlxalq fotoqrafiya layihəsinin iştirakçılarının işlərindən ibarət sərgi təqdim olunub.

TodayPress TV

PHOTOS

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO — 1
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO — 2
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub - FOTO — 3
NEWS FEED
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 All News