Dünya azərbaycan icmaları ilə tanış oldu
WUF13 çərçivəsində vətəndaş cəmiyyəti və özəl sektorun geniş iştirakı təmin olunub, “Urban Expo” forumun ən dinamik platformalarından biri olub.
TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda iri beynəlxalq tədbirlərin təşkili üzrə əldə olunan nailiyyətlər ölkənin yalnız tədbirləri uğurla keçirmək deyil, həm də uzunmüddətli institusional təsir yaratmaq öhdəliyini əks etdirir.
Anar Quliyev qeyd edib ki, WUF13 həm hazırlanma, həm də icra mərhələsində dərin inklüzivlik prinsipi əsasında təşkil olunub.
“Vətəndaş cəmiyyəti forumda geniş və fəal şəkildə iştirak edib və ümumi iştirakçıların 12 faizini təşkil edib”, – deyə o vurğulayıb.
Komitə sədri bildirib ki, biznes və innovasiya mərkəzlərinin yaradılması özəl sektor, investorlar və startaplarla əməkdaşlığın güclənməsinə, innovasiya və şəhər transformasiyasının rolunun artırılmasına xidmət edib.
Onun sözlərinə görə, özəl sektorun daha geniş təmsilçiliyini görmək sevindiricidir və bu sektor forum iştirakçılarının 17 faizini təşkil edib.
“Forum bir daha nümayiş etdirdi ki, şəhər transformasiyası hökumətlər, icmalar və tərəfdaşlar birlikdə fəaliyyət göstərdikdə daha effektiv nəticə verir. WUF13-ün fərqləndirici xüsusiyyətlərindən biri forumun ən dinamik komponentlərindən hesab edilən “Urban Expo” oldu. Sərginin ümumi ekspozisiya sahəsi 10 min kvadratmetrdən çox oldu. Ümumilikdə 81 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonla təmsil olundu. İştirakçılar arasında hökumətlər, akademik dairələr, vətəndaş cəmiyyəti institutları, dövlət qurumları, eləcə də startaplar və innovasiya təşəbbüsləri daxil olmaqla özəl sektor nümayəndələri yer aldı”, – deyə Anar Quliyev bildirib.
Qiymət Mahir