Bu gün Azərbaycanda WUF13-ə start verilir

Bu gün Azərbaycanda WUF13-ə start verilir
17.05.2026 09:00

Bu gündən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) öz işinə başlayır.

TodayPress TV xəbər verir ki, tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib.

Mayın 22-dək davam edəcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.

Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur. 182 ölkədən 40 000 nəfərdən çox iştirakçının qeydiyyatdan keçməsi forum tarixində rekord göstərici kimi qiymətləndirilir. Bu isə tədbirin qlobal miqyasda artan nüfuzunu və Azərbaycana beynəlxalq marağın yüksək olduğunun sübutudur.

Forum çərçivəsində dayanıqlı şəhərsalma, iqlim dəyişiklikləri, urbanizasiya, əlçatan yaşayış, rəqəmsal transformasiya və "yaşıl şəhər" modelləri ilə bağlı müzakirələr aparılacaq. WUF13 həm də müxtəlif ölkələrin dövlət rəsmilərini, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları, ekspertləri, investorları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm dialoq platforması olacaq.

Tədbirdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və şəhərsalma layihələri xüsusi diqqət mərkəzində olacaq. İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, həmçinin bölgənin "yaşıl enerji zonası"na çevrilməsi istiqamətində görülən işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl model kimi beynəlxalq ictimaiyyətə təqdim ediləcək.

WUF13 Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində artan təcrübəsini və ölkənin qlobal əməkdaşlıq platformalarındakı rolunu bir daha nümayiş etdirəcək. Forumun Bakıda keçirilməsi həm ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi, həm də Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində həyata keçirdiyi siyasətin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək.

Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir. Bu yenilik tədbirin siyasi və strateji əhəmiyyətini daha da artırır.

TodayPress TV 

NEWS FEED
02 JUNE 2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 All News