Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır

Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır
19.05.2026 12:48

“Şəhərlər bərpa prosesinin ən görünən olduğu yerlərdir. Bir ailə yenidən mənzilə çatdıqda, su və elektrik enerjisi geri qayıtdıqda, uşaqlar məktəbə gedə bildikdə və ictimai məkanlar yenidən əlçatan və təhlükəsiz olduqda, sülh artıq abstrakt bir anlayış olmaqdan çıxır. İnsanlar yenidən gələcəyə inana bilirlər”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave deyib.

Anna Soave, həmçinin şəhərlərdəki infrastrukturun iqlim dəyişikliklərinə və gözlənilməz təbii hadisələrə qarşı dayanıqlı olması zərurətindən bəhs edib:

“Biz infrastrukturumuzu təkcə günəşli günlər üçün deyil, həm də fırtınalara tab gətirə biləcək şəkildə dizayn etməliyik. Bu, bütün dünyada üzləşdiyimiz bir reallıqdır”.

Çıxışının sonunda Anna Soave, öz təcrübəsinə əsaslanaraq, münaqişələrdən zərər çəkmiş ərazilərdə insanların ən böyük istəyinin evlərinə qayıtmaq olduğunu vurğulayıb:

“Mən münaqişələrdən və köçkünlükdən zərər çəkmiş icmalarda bir neçə il işləmişəm. Orada yerli hakimiyyət orqanları ilə birlikdə, evlərini, infrastrukturunu və bazarlarını bərpa etmək istəyən, yalnız öz evlərinə qayıtmağı arzulayan ailələrə dəstək göstərmişik. Onların ən böyük istəyi evlərinə qayıtmaq olur”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 All News