Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu

Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu
11.07.2025 15:52 Mədəniyyət

Yaradıcı Mərkəzdə mədəni və yaradıcı sahələr üzrə təhsilin inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə mədəniyyət naziri Adil Kərimli, həmçinin ölkənin aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova da yer alıblar.

Görüşün əsas məqsədi yaradıcı sahələr üzrə təhsilin inkişafını sürətləndirmək, universitetlərlə əməkdaşlıq platforması formalaşdırmaq və tələbələrin praktik bacarıqlarının artırılması üçün Yaradıcı Mərkəzin imkanlarını müzakirə etmək olub.

İştirakçılar Yaradıcı Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr və startap təşəbbüsləri ilə yaxından tanış olublar. Gənclərin inkişafına töhfə verən innovativ layihələr tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Görüş zamanı kadr hazırlığı, yeni ixtisasların yaradılması və təhsil-sənaye əməkdaşlığının möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb. Tərəflər yaradıcı iqtisadiyyatın inkişafı üçün elm, təhsil və sənaye qurumları arasında sıx tərəfdaşlığın vacibliyini vurğulayıblar.

FOTOLAR

Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 1
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 2
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 3
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 4
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 5
Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olundu — 6
XƏBƏR LENTİ
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 Bütün Xəbərlər