Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir

Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir
23.07.2025 09:19 Mədəniyyət

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri keçirilir. 

TodayPress TV xəbər verir ki, görkəmli şairin yurdu Qazax rayonunda başlayan (14 iyul) poeziya bayramı Gəncə (15 iyul) və Ağdamdan (16 iyul) sonra 22-23 iyul tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində davam edir. 

İyulun 22-də dahi şairin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin silsilə tədbirləri başlanıb.

Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, AYB-nin sədri Xalq yazıçısı Anar, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, doğma yurda qayıtmış şuşalı poeziyasevərlər iştirak ediblər.

AYB-nin sədri Xalq yazıçısı Anar Molla Pənah Vaqifin milli ədəbiyyatın inkişafında xidmətlərindən söz açıb. Vaqif Poeziya Günlərinin əhəmiyyətini qeyd edən yazıçı deyib ki, xalqın varlığı onun ədəbiyyat və mədəniyyəti ilə təzahür edir. 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edib, Molla Pənah Vaqifə həsr olunan "Özü vəzir, sözü şah" (2023) adlı nəşrdən danışıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında Şuşa şəhərini və Molla Pənah Vaqifi  Azərbaycan intibahının  nümunələri kimi səciyyələndirib. Alim Vaqifin özündən sonrakı ədəbi prosesə böyük təsir göstərdiyini də diqqətə çatdırıb.

Şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, əslən şuşalı olan  Ramil Əhməd Şuşanın zəngin tarixinin və əsrarəngiz təbiətinin ilham mənbəyi olduğunu bildirib, şeirini səsləndirib.

Çıxışlardan sonra “Vaqifə məktub” esse müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub.

Məlumat verilib ki, Mədəniyyət Nazirliyi tərəfindən bu ilin may ayında elan olunan müsabiqənin əsas məqsədi yaradıcı potensialı olan hər bir kəsin diqqətini bir daha görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığına yönəltməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqəyə ümumilikdə 175 esse təqdim olunub. Esselər tanınmış ədəbiyyatşünas və yazarlardan ibarət komissiya tərəfindən mövzuya yanaşma, mətnin bədii-estetik tutumu, dil və ifadə zənginliyi, həmçinin üslubun orijinallığı və kompozisiya strukturu baxımından dəyərləndirilib.

Komissiyanın yekun qərarına uyğun olaraq Təhminə Verdiyeva (“Ruhun və tarixin qovuşduğu Şuşa”) I, Natəvan Bağırova (“Vaqifə müraciət”) II, Elvin Əhməd (“Ömrün sıfır nöqtəsi və ya iki misraya sığan həyat”) III yerlərə layiq görülüblər. 

Birinci yerin qalibinə 2500 manat, II yerin qalibinə 1500 manat, III yeri qazanmış müəllifə isə 1000 manat verilib. Bütün qaliblərə eyni zamanda Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Daha sonra “İgidlərin sözü” layihəsi təqdim olunub. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində reallaşan

"İgidlərin sözü"nün məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir.

Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları olan şairlər öz şeirlərini səsləndiriblər.

FOTOLAR

Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 1
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 2
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 3
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 4
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 5
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 6
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 7
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı keçirilir — 8
XƏBƏR LENTİ
31 MAY 2026
SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 Bütün Xəbərlər