Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı oldu

Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı oldu
13.09.2025 22:25 Mədəniyyət

Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb.

TodayPress TV xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin, "Abqora" restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edəcək.

Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına təkan verir.

Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon litr şərab istehsalı olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq".

Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edir. Festivalın birinci günü xüsusi hazırlanmış şou ilə başlayıb.

Səhnəyə retro tərzdə sevilən mahnılar ifa edən “Retro Band” çıxıb. Azərbaycan cazının tanınmış ifaçılarından biri, beynəlxalq müsabiqələrin iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab Festivalının qonağı olub. Daha sonra populyar ifaları ilə sevilən Nigar Camal çıxış edib. Enerjisi və xarizması ilə seçilən kubalı müğənni, rəqqasə və xoreoqraf Edglis Hayle isə Latın Amerikası ritmləri ilə festival iştirakçılarını rəqsə dəvət edib.

Festivalın birinci günü səhnəyə çıxan növbəti musiqi iştirakçısı gənc bəstəkar və ifaçı Kazım Can olub. Simli alətlərdə ifa edən “The Passion band”, “Qaya” Dövlət Ansamblının solisti Humay Aslanova, müğənni Diana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu da festival iştirakçıları sırasında idi.

Rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən “Gaga band”, xalq musiqisinin kökləri əsasında yaradılan enerjili trekləri ilə tanınan DJ Iradə və DJ Kamo, populyar müğənni Dilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxıblar.

Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Həmçinin festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.

Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub.

Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vəd edir. Həmin gün açılışı müasir pop janrında çıxış edən, səsi və fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.

İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları unudulmaz anlarla yadda qalacaq.

İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye” yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz, festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənni Samir Piriyev, Meksika və samba üslubunda musiqilər ifa edən “Mexican band”, populyar estrada müğənnisi Nura Suri, Humay Aslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo müxtəlif tamaşaçı zövqünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamik edəcəklər.

Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biləcəklər.

Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Bütün Xəbərlər