“Qudurmaq” insanın haqqıdırmı? – Orxan Saffari yazır…

“Qudurmaq” insanın haqqıdırmı? – Orxan Saffari yazır…
18.09.2025 10:27 Mədəniyyət

Filosof Jorj Bataille “İsraf fəlsəfəsi”ndə yazır:

“İnsanın varlığı yalnız istehsalda və yığımda deyil, israfda və dağıtmaqda da təsdiq olunur. İnsanı heyvandan fərqləndirən də məhz budur. O, ehtiyacdan artıq şeylər üçün yaşayır”.

Əlbəttə, belə məqamda insanın israflıq etməsi, daha dəqiq, qudurması tamamilə normal haldır, təbiidir.

Adətən, qul təfəkkürü, əxlaqı, kasıb düşüncə tərzi başqalarının da hansısa formada sərbəstliyini qısqanmağa məcbur edir.

Bu səbəbdir, bir insan başqasını ittiham etdiyi zaman “Pul qudurtdu” deyə bilir.

Ancaq sual olunur, insan qudura bilməzmi?

Qudurmaq da insanın haqqı, azadlığın bir forması deyilmi?

Ümumiyyətlə, çoxlu pul həm də güc deməkdir. Pulu və gücü olan insanın qudurmaması isə qeyri-səmimidir, özünü boğmaqdır.

Freyd deyirdi:

“Mədəniyyət insanın instinktlərini boğmaqla yaranır, amma eyni zamanda onu xəstələşdirir. Pul da instinktlərin sərbəst buraxılması üçün bir vasitədir. İnsan əvvəl kasıblıqdan dolayı boğduğu arzularını, ehtiraslarını pulla ifadə edir. Bu, “qudurmaq” adlanır, amma mahiyyətcə bu, sadəcə daxili azadlığın təzahürüdür”.

Ümumilikdə isə insanın xarakterinin, xasiyyətinin hansısa formada dəyişməsi belə təbiidir. Burada heç pul da rol oynamaya bilər. Təkcə ictimai statusun və məsuliyyətin dəyişməsi də insanın qudura bilməsinə dəlalət edə bilər.

Bu baxımdan, qudurmaq əxlaqsızlıq yox, özünü başqa cür də ifadə etməkdir.

Qudurmaq həm də ambisiyadır.

Əslində, qudurmağa özünü sevmək kimi baxılsa, daha dəqiq olar. Axı özünü sevmək həm də səsli, gurultulu, komplekssiz formada ola bilər.

İnsan qudurmaqla öz içindəki “həqiqi mən”-i belə tapa bilər. Qudurmaq bəzən sonradan nizama düşməyin tək yoludur.

Aydındır, insan qudurduğu zaman səhvlər də edir. Təbii, bunun məsuliyyəti də quduran insanın üzərindədir. Məhz bu səhvlər də quduran insanı daha yaxşı cilalaya bilər.

Qudurmaq həm də katarsisdir-içində yığılıb qalanı boşaltmaqdır.

Başqa sözlə, qudurmaq insanı təmizləyir.

İnsan pul qarşısında qudurması, həm də öz gücünü sınaması, özünü, sərhədlərini təzədən çəkməsidir.

“Pul insanı qudurtmamalıdır” deyənlər, əslində, əksər hallarda özlərində olmayanı başqasına qadağan edənlərdir. Onlar kasıblığın yaratdığı sakitliyi “əxlaq” adı ilə bəzəyirlər. Amma bu, əxlaq yox, məcburiyyətdir. Qudurdu anlayışı da bu cür qəzəbin ifadə formasıdır.

Əgər kasıb insan varlanıb qudurursa – bu, həm də ədalətin bir formasıdır. Çünki o, öz sıxıntısının əvəzini çıxır.

Qudurmaq həm də sosial qisas aktıdır.

Cəmiyyət insanı həmişə təzyiqlə saxlayır. “Olma”, “etmə”, “düzgün davran”, “utan” deyirlər.

Qudurmaq isə bu uzunmüddətli təhqirin, əzilmənin, gözardı edilmənin, sıxılmanın cavabıdır.

Cəmiyyətin və sistemlərin quduran insanı sevməməsinin səbəbləri də aydındır. Çünki quduran insan itaətkar olmur, onu idarə etmək, nəzarətdə saxlamaq mümkünsüz hala çevrilir.

Xülasə, qudurmaq həm də insanın özünü məhdudiyyətlərdən azad etməsidir.

“Pul insanı qudurtmamalıdır” sözü isə itaətkar kölələrin romantik təsəllisidir.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər