Qaçaq Nəbinin arvadı erməniyə ərə gedib? - Tarixçidən şərh

Qaçaq Nəbinin arvadı erməniyə ərə gedib? - Tarixçidən şərh
02.09.2025 20:45 Mədəniyyət

Bir müddət əvvəl siyasətçi Sərdar Cəlaloğlunun jurnalist Aydın Cana verdiyi müsahibə müzakirələrə səbəb olub. 

Belə ki, o, müsahibə zamanı Qaçaq Nəbinin arvadı Həcərin 7 dəfə ərə getdiyini və bu ərlərdən ikisinin erməni olduğunu dilə gətirib:

“Bizə Bəyim kimi qadın lazımdır. Həcər isə Nəbinin 40-ı çıxmamış ərə gedib. Özü də, yeddi dəfə və onlardan ikisi erməni olub”, - deyə o bildirib. 

Birmənalı qarşılanmayan məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev TodayPress TV-yə açıqlama verib. 

O deyib:

“Həcərin Nəbinin öldürülməsindən sonra guya erməniyə ərə getməsi haqda xəbəri ilk dəfə Rusiya mətbuatı yayıb. Bu, ötən əsrin 70-ci illərinə təsadüf edir. Daha sonra gürcü mətbuatı Nəbiyə qarşı əks-təbliğata başladı. Təəssüf ki, sonralar bizim bəzi tədqiqatçılar da rus, gürcü mətbuatında Nəbi və Həcər haqqında dərc olunmuş böhtanları yayımlamağa başladılar. Həcərə qarşı çirkin təbliğat qəhrəman qadın obrazlarının məhvinə, yaddaşlardan silinməsinə hesablanıb. Həcər barəsində böhtanları çap edən bəzi tədqiqatçılarımız özləri də bilmədən bununla saxta erməni təbliğatına yardım edirlər. Həcər 1860-cü ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı ortabab kəndli idi. Dəstə üzvləri arasında Həcərlə yanaşı, bacısı Mehran xanım da olub: Mehran xanım bir müddət qaçaqlara qoşularaq döyüşüb. O, sərrast atmağı bacaran döyüşçülərdən imiş. Nəbi qətlə yetirildikdən, dəstə üzvləri dağılışdıqdan sonra Mehran xanım da sakitliyə çəkilib. Səhv etmirəmsə, onun indi Sumqayıtda qohumları yaşayır.

Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulanlar arasında idi. Məhəmməd bir qədər sonra həbs olunaraq 10 il azadlıqdan məhrum edilib”.

Zaur Əliyev həmçinin deyib:

“Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Həcərin atası rəhmətə gedəndən sonra onlar ailə qurublar. Nəbi Həcəri qaçırdıb. Bəlkə də, varlı qızını qaçırdığı üçün filmdəki kimi onun toyuna gəlməyiblər. O xanımın dediyinə görə, Nəbi döyüşlərə Həcəri aparmaq istəmirmiş, Həcər deyirmiş, sən hardasan, mən də orda olacam. Nəbinin həyatı və mübarizəsi barədə tədqiqat aparmış, qəhrəmanımızın müasiri olmuş, onu yaxından tanımış Bəhlul Becət 70-ə yaxın arxiv sənədindən istifadə edərək apardığı araşdırmaları ilə qeyd edir ki, bir müddətdən sonra Həcər Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib. Həcər Həmzə ilə Molluda çox yaşayıb. Həcərin Nəbidən övladı olmayıb. İlləri hesablasaq, Həcər Həmzə ilə evlənəndə yaşlı olub və dünyaya uşaq gətirmək imkanı olmayıb. Onu da deyim ki, Həcər Nəbidən sonra cəmi bir dəfə ərdə olub. Bəzi mənbələr isə Həcərin ailə qurmadığını yazırlar”.

Tarixçi alim eyni zamanda bu cür sözlərin məqsədli kampaniya olduğunu bildirir:

“Həcərin erməniyə ərə getməsi haqda böhtanlar məqsədli kampaniyadır. Erməniyə qarşı döyüşmüş şəxs düşmənə necə ərə gedə bilər? Qaçaq Nəbinin həyatını əks etdirən "Atları yəhərləyin" filminin rejissoru Əbdül Mahmudov da deyir ki, bu ekran əsəri lentə alınarkən həmin dövr görkəmli tarixçilərlə, araşdırmaçılarla, filoloqlarla bir daha tədqiq edilib: "Həmin vaxt aparılan araşdırmalarda Həcərin erməniyə ərə getməsi haqda hər hansı bilgiyə, sənədə, yazılı qeydə rast gəlmədim.

Nəbi öldürülsə də, Həcər bir müddət dəstəyə başçılıq edib. Lakin sonralar o da silahı yerə qoyub. Həcərin sonralar xalçaçılıqla məşğul olması haqda məlumatlar var”.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər