Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edildi

Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi təqdim edildi
24.09.2025 02:00 Mədəniyyət

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının izləyicilərinə hazırladığı maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisidir.

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgi Bakıdakı Azərbaycan Milli Xalça Muzeyində təqdim edilir.

Ekspozisiyada Nəsimi poeziyası və onun dini-fəlsəfi ideyaları, həmçinin sufi ənənələri müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə tərənnüm edilir. Bu məqsədlə nümayiş üçün Azərbaycan və Türkiyənin aparıcı muzeylərindən nadir sənət inciləri seçilib. Sərgi izləyicilərə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri ilə, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyindən, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanışlıq imkanı yaradır.

Burada XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitablar və digər qiymətli eksponatlar sərgilənir. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsasını təşkil edən sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşması və ruhi yüksəliş məqamlarını izah edir.

Sərgi Azərbaycan və Türkiyə arasında tarixi və mənəvi bağları vurğulayan, eyni zamanda İmadəddin Nəsiminin poeziyası və fəlsəfəsinin müasir dövrdəki əhəmiyyətini göstərən mühüm mədəni hadisədir.

Ziyarətçilər ekspozisiyanı bir ay ərzində - oktyabrın 23-dək izləyə biləcəklər.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə baş tutan Nəsimi Festivalı sentyabrın 25-dək davam edəcək. Bakı və Şamaxı şəhərlərini əhatə edən festival Azərbaycan incəsənətinin təbliği baxımından mühüm beynəlxalq tədbir sayılır. Festival? həmçinin müasir incəsənət nümayəndələrinin Nəsiminin dərin irsi ilə əlaqə qurması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma rolunu oynayır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər