Mədəniyyət naziri Xorvatiyada səfərdədir

Mədəniyyət naziri Xorvatiyada səfərdədir
24.06.2025 12:52 Mədəniyyət

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərinə səfər edib.

Bu barədə TodayPress TV-yə Nazirlikdən məlumat verilib.

Səfərin məqsədi Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2024-cü ilin 13 mart tarixində Bakıda keçirilmiş 3-cü iclasında əldə olunmuş razılaşmaların icrasının fəallaşdırılması və iki ölkənin müvafiq biznes strukturları arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Səfər eyni zamanda Azərbaycan ilə Xorvatiya  arasında mədəni əlaqələrin inkişafı, təcrübə mübadiləsi, o cümlədən respublikamızda mədəni və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən biznes subyektlərinin məhsul və xidmətlərinin bu ölkəyə ixrac potensialının  dəyərləndirilməsi, yeni əməkdaşlıq münasibətlərinin qurulması məqsədi daşıyır.

Nümayəndə heyətində Azərbaycanın MYS-lər üzrə biznes subyektləri də geniş təmsil olunur.

Səfər zamanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın mədəniyyət və media naziri xanım Nina Obuljen Koržinek arasında ikitərəfli görüş keçiriləcək. 

Eyni zamanda iki ölkənin biznes strukturları, o cümlədən MYS üzrə ixtisaslaşmış biznes nümayəndələrinin görüşünün təşkil edilməsi, ortaq layihələrin müzakirəsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyətinin Xorvatiyanın “Kultura Nova" Fondunun rəhbərliyi ilə də görüşü olacaq. 

Səfər müddətində Xorvatiyanın Milli və Universitet Kitabxanasının fəaliyyəti ilə tanışlıq olacaq.

Həmçinin Azərbaycan nümayəndə heyəti Xorvatiya Audiovizual Mərkəzində ölkənin kino və media sahəsindəki inkişaf modeli ilə tanış olaraq potensial əməkdaşlıq imkanlarını da araşdıracaq.

Səfər çərçivəsində  Azərbaycanın tanınmış musiqiçilərinin iştirakı ilə mədəni proqram da planlaşdırılır.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər