Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı

Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı
04.10.2025 17:28 Mədəniyyət

Oktyabrın 4-ü müasir tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsinin ilk qazi şəhəri Cəbrayılın işğaldan azad olunduğu gündür. 

Beş il öncə bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad edib. Sonrakı günlərdə şanlı Ordumuz bir addım da geri çəkilmədən torpaqlarımızı yağıdan təmizləyib. 

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

TodayPress TV xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Cəbrayılda Şəhər Günü keçirilir. 

Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 5 illiyinə həsr olunan "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açılıb.

Tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma şəhərə qayıtmış Cəbrayıl sakinləri və media mənsubları iştirak ediblər.

Məlumat verilib ki, sərginin məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və dövlətimiz tərəfindən burada həyata keçirilən bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.

Sərgidə Vüqar İbadov, Arif Ələkbər, Kamran Əsədov, Fətəli Fətəliyev, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev, Teymur Məmmədov, Rəsul Rəhimov, Hörmət Ömərov, Elman Hüseynov və başqa fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir. 

Sərgi məkanında həmçinin rəssam Məhərrəm Əliyev iriölçülü kətan tablo üzərində Cəbrayıla məxsus motivləri canlı olaraq əks etdirib. İnteraktiv formada hazırlanan bu əsər Cəbrayıl sakinlərinin iştirakı ilə tamamlanıb. Həm uşaqlar, həm də böyüklər rəssamın yaratdığı fon üzərində fırça ilə öz izlərini qoyaraq əsərin yaranma prosesinə qoşulmaq imkanı əldə ediblər. 

"Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi və yenicə tamamlanan rəsm əsəri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

TodayPress TV

FOTOLAR

Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 1
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 2
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 3
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 4
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 5
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 6
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 7
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 8
Cəbrayılda Şəhər Günü münasibətilə "Qarabağ – obyektivdən tarixə" adlı fotosərgi açıldı — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər