PLANET TƏHLÜKƏDƏ: alimlərdən gözlənilməz xəbərdarlıq

PLANET TƏHLÜKƏDƏ: alimlərdən gözlənilməz xəbərdarlıq
18.05.2026 19:45 Maraqlı

Çelyabinsk meteoritinə bənzər ölçüyə malik iki böyük asteroid 18 və 19 may tarixlərində Yer kürəsinin yaxınlığından keçəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.

Laboratoriyanın açıqlamasında hər iki səma cisminin Yer üçün heç bir təhlükə yaratmadığı vurğulanıb.

Sözügedən asteroidlər 2026 JH2 və 2026 KB-dir. Birinci asteroid 10 mayda, ikinci isə 13 mayda, Yerə ən yaxın keçidindən bir neçə gün əvvəl kəşf edilib. Mütəxəssislərin qeyd etdiyinə görə, bu cür gec kəşflər böyük səma cisimlərinin planetin yaxınlığında gözlənilmədən aşkar oluna biləcəyini göstərir.

İlkin hesablamalara əsasən, hər iki asteroidin diametri təxminən 20 metrdir. Bu göstərici 15 fevral 2013-cü ildə Yerə düşən və XXI əsrdə planetə təsir göstərmiş ən böyük səma cisimlərindən biri olan Çelyabinsk meteoritinə uyğundur.

2026 KB asteroidi Yerə təxminən 230 000 km məsafədən yaxınlaşacaq. Onun ən yaxın keçidi 18 mayda Moskva vaxtı ilə saat 18:15-də gözlənilir.

İkinci obyekt olan 2026 JH2 isə bir qədər böyükdür və 19 mayda, Moskva vaxtı ilə təxminən saat 01:00-da Yer kürəsinin yanından təxminən 91 000 km məsafədən keçəcək. Laboratoriyanın məlumatına görə, bu, rekord səviyyəli yaxınlaşma olmasa da, 2026-cı ildə bu ölçüdə bir asteroid üçün ən yaxın keçid ola bilər.

Alimlər əlavə ediblər ki, 2026 JH2 asteroidini nəzəri olaraq yarıpeşəkar avadanlıqla müşahidə etmək mümkündür. Lakin yüksək sürət səbəbilə bu, çətin olacaq və müşahidə üçün dəqiq vaxt və istiqamət hesablamaları tələb olunur.

Jalə Rövşən 

TodayPress TV 

NEWS FEED
02 JUNE 2026
“Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 All News