Əncir ağacları karbon qazını daşa çevirir

Əncir ağacları karbon qazını daşa çevirir
07.07.2025 19:00 Maraqlı

Beynəlxalq alimlər qrupu bəzi əncir ağaclarının atmosferdən karbon qazını (CO₂) udaraq onu mineral formada – kalsium karbonat şəklində – gövdələrində saxlaya bildiyini müəyyən edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı Avropa Geokimya Assosiasiyası (European Association of Geochemistry, EAG) yayıb.

Araşdırma Keniyanın şimalındakı quraq Samburu bölgəsində bitən üç müxtəlif əncir növü üzərində aparılıb. Onlardan biri "Ficus wakefieldii" CO₂-ni bağlayaraq onu təbaşir və əhəng daşının əsas komponenti olan kalsium karbonata çevirmək qabiliyyəti göstərib.

Alimlərin izahına görə, adətən bitkilər fotosintez prosesi vasitəsilə karbonu üzvi formada toplayır. Lakin əncir ağaclarında əlavə bir mexanizm aşkar edilib: onlar əvvəlcə kalsium oksalat kristalları yaradır və bu kristallar zamanla parçalanaraq qeyri-üzvi kalsium karbonata çevrilir. Bu mineral karbon yüzlərlə il ərzində torpaqda qala bilir.

Daha maraqlısı odur ki, bu minerallaşma təkcə torpaqda deyil, ağacların toxumalarında da baş verir. Sinxrotron analizləri göstərib ki, ağacların oduncaq toxumalarında da kalsium karbonat mövcuddur. Bu, o deməkdir ki, ağaclar “daxildən daşlaşır” və atmosfer karbonunu möhkəm şəkildə fiksasiya edir.

Tədqiqatçılar həmçinin müşahidə ediblər ki, əncir ağaclarının ətrafındakı torpaq daha qələvi olur, bu da onun münbitliyini artırır və qida maddələrinin daha yaxşı mənimsənilməsinə şərait yaradır.

Bu cür oksalat-karbonat mexanizmi daha öncə yalnız meyvə verməyən ağaclarda müşahidə olunmuşdu. "Ficus wakefieldii" bu mexanizmin təsdiqləndiyi ilk meyvə verən ağac növü kimi elmə düşüb. Bu kəşf onu aqromeşəçilik üçün son dərəcə perspektivli edir: həm torpağı bərpa edə bilər, həm CO₂-ni udar, həm də məhsul verir.

Əvvəllər tədqiq olunmuş "Milicia excelsa" (iroko) adlı ağacın ömrü boyu bir tonadək kalsium karbonat toplaya bildiyi müəyyən edilmişdi. Alimlər hesab edir ki, xüsusilə tropik bölgələrdə bu xüsusiyyətə malik daha çox sayda ağac növü mövcuddur.

Qiymət Mahir

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər