Tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği artdı
2024-cü ildə Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 2023-cü illə müqayisədə həcmi 47 % artaraq 9 milyard 353 milyon manata çatıb.
Bu barədə TodayPress TV-yə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, ötən il Maliyyə Nazirliyi "Bakı Fond Birjası" QSC-də (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirib.
Əvvəlki ilə nisbətən dövlət istiqrazlarının ilkin bazarının məbləği 28 % artaraq 4 milyard 790 milyon manata yüksəlib.
Bundan başqa, 2024-cü ildə AMB BFB-də not yerləşdirilməsi üzrə 93 hərrac keçirilib.
2023-cü illə müqayisədə notlarla aparılan bazar əməliyyatların məbləği 49 % azalaraq 1 milyard 988 milyon manat təşkil edib.