Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL-ın iclasında iştirak etdi

Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL-ın iclasında iştirak etdi
16.10.2025 12:32 Maliyyə

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti 13-16 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən PEMPAL Xəzinədarlıq üzrə Təcrübə Birliyinin (TCOP) illik plenar iclasında iştirak edib.

TodayPress TV xəbər verir ki, plenar iclasın açılışında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru, PEMPAL TCOP İcra Komitəsinin hazırkı sədri Nazim Qasımzadə tədbirin məqsədləri, regional əməkdaşlığın əhəmiyyəti və xəzinədarlıq sistemlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran məqsədlər barədə məlumat verib.

Tədbir çərçivəsində iştirakçıların gündəliyə uyğun olaraq müxtəlif mövzuları əhatə edən təqdimatları dinlənilib, ekspertlərin iştirakı ilə müxtəlif ölkələrin qabaqcıl təcrübələri, beynəlxalq təşkilatların yanaşmaları və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.

Dövlət Xəzinədarlıq Agentliyinin əməkdaşlarının Azərbaycanın dövlət maliyyəsinin rəqəmsallaşdırılması mövzusunda etdikləri təqdimatda ölkəmizdə xəzinədarlığın rəqəmsal transformasiyası, inteqrasiya olunmuş maliyyə idarəetmə sistemlərinin inkişafı, süni intellektin tətbiqi və innovativ həllərin maliyyə idarəçiliyinə gətirdiyi üstünlüklərdən bəhs olunub. 

Sonda Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin Xəzinədarlıq Xidməti Komitəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinə dair anlaşma memorandumu imzalanıb.

TodayPress TV

FOTOLAR

Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL-ın iclasında iştirak etdi — 1
Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL-ın iclasında iştirak etdi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər