I yarımildə dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlanıb

I yarımildə dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlanıb
01.08.2025 11:34 Maliyyə

Bu ilin I yarısında Azərbaycanın daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 2 milyard 910,4 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan vəsaitin 1 milyard 515 milyon manatlıq hissəsi təkrar maliyyələşdirmə, o cümlədən 1 milyard 430 milyon manatlıq hissəsi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli dövlət istiqrazlar ilə əvəz edilməsi, 85 milyon manatlıq hissəsi isə uzunmüddətli dövlət istiqrazlarının emissiyası hesabına təmin edilib, 1 milyard 395,4 milyon manatlıq əsas borc ödənişləri isə dövlət büdcəsinin vəsaiti hesabına investorlara geri ödənilib.

Hesabat dövründə investorlara 328,7 milyon manat məbləğində faiz və diskont ödənişləri də həyata keçirilib.

Hesabat tarixinə dövriyyədə olan 8 milyard 26,8 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i iki və üç illik, 30,1 %-i isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər