Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır

Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır
22.10.2025 17:26 Kənd Təsərrüfatı

Xaçmaz diri heyvan satışı bazarı dezinfeksiya edilib.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışı məntəqələrində, xüsusilə də mal bazarlarında mexaniki təmizləmə və dezinfeksiya tədbirlərinə başlanılıb.

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında baş tutub.

Bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnika vasitəsilə ərazini tam şəkildə dərmanlayıblar. Profilaktik dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planı çərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdə yekunlaşacaq.

TodayPress TV

FOTOLAR

Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır — 1
Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır — 2
Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər