Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi

Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi
27.05.2025 16:01 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi, “AzerGold” QSC-nin təşəbbüsü ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsi” çərçivəsində ərazilərə baxış, monitorinq və yerli icmalarla görüşlərin keçirilməsinə başlanılıb.   

TodayPress TV xəbər verir ki, 23-24 may tarixlərində AXA-nın mütəxəssisləri və “AzerGold” QSC-nin əməkdaşları Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində olublar.

Monitorinqlər zamanı AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən heyvanlarda aparılmış profilaktik peyvəndləmə tədbirləri yoxlanılıb, həmçinin mövcud heyvanların kliniki müayinəsi həyata keçirilib.

Mövsümi xəstəliklərin aşkarlanması məqsədilə qan nümunələri götürülərək, laborator analizə göndərilib, həmçinin heyvan saxlanılan ərazilərdə dezinfeksiya işləri aparılıb.

Eyni zamanda Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən ev təsərrüfatlarında fitosanitar monitorinq həyata keçirilib. Zərərli orqanizmlərin təsiri altında olan bitkilər müayinə olunub, meyvə və tərəvəz nümunələri götürülərək, laboratoriyada analizə göndərilib.

Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri isə əkin sahələri və örüş-otlaq yerlərindən torpaq və su nümunələri götürərək, mərkəzi laboratoriyaya təqdim ediblər. 

Bundan əlavə, Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən yerli sakinlər arasında sorğular aparılıb.

Sorğular vasitəsilə əhalinin kənd təsərrüfatı fəaliyyəti, məşğul olduqları sahələr, məhsuldarlıq göstəriciləri, satış imkanları və sosial-iqtisadi vəziyyətləri araşdırılıb, təlim ehtiyacları müəyyən edilib. 

Qeyd edək ki, layihə çərçivəsində monitorinq və görüşlər Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (“Şadax” adlanan ərazisi daxil olmaqla), Bayan kəndlərində də keçiriləcək. Aparılmış monitorinqlərin nəticələri geniş təhlil olunduqdan sonra ailə-kəndli və fermer təsərrüfatlarının inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq.

Bu çərçivədə əhaliyə təlimlərin təşkili, peşəkar məsləhət və informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, layihənin əsas məqsədi “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionlarda kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirməsinə dəstək olmaq, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr verməkdir.

FOTOLAR

Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 1
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 2
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 3
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 4
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 5
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 6
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 7
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 8
Daşkəsən və Göygöldə icmalarla görüşlər keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
test 17:40 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər