"Masdar" Azərbaycanda BOEM layihələrinə 1,2 milyard dollar sərmayə qoyacaq

"Masdar" Azərbaycanda BOEM layihələrinə 1,2 milyard dollar sərmayə qoyacaq
22.09.2025 20:30 İqtisadiyyat

"Masdar" şirkəti Azərbaycanda bərpa olunan enerji (BOEM) layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Masdar" şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

O, "Masdar"la Azərbaycan arasında əməkdaşlığın 2018-ci ildə Energetika Nazirliyi ilə birgə başladığını xatırladıb. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpa olunan enerji obyekti - 230 MVt gücündə günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərir.

M. Əl Mazruinin sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində "Masdar" və SOCAR 1 GVt həcmində əlavə gücün inkişafına dair mühüm saziş imzalayıb. "Bura Biləsuvar və Neftçalada artıq tikintisi başlayan iki günəş stansiyası, həmçinin quruda 240 MVt gücündə külək parkı daxildir. Beləliklə, Azərbaycana investisiyalarımızın ümumi həcmi təxminən 1,2 milyard ABŞ dolları təşkil edəcək", - "Masdar"ın nümayəndəsi qeyd edib.

O əlavə edib ki, şirkət tərəfdaşları ilə birlikdə Avropaya elektrik enerjisinin ixracı üçün "yaşıl enerji" dəhlizinin yaradılması layihəsi də daxil olmaqla Azərbaycanda yeni təşəbbüsləri nəzərdən keçirir ki, bu da investorlar üçün əlavə imkanlar yaradır.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər