KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur

KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur
03.06.2025 10:06 İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların "yaşıl iqtisadiyyat"a keçidini və Bakı İqlim Bəyannaməsini təşviq edir. 

TodayPress TV bu barədə agentliyə istinadən xəbər verir. 

Məlumata görə, qurumun builki sərgidəki stendi KOB-ların "yaşıl iqtisadiyyat"a keçidinin və COP29 çərçivəsində Agentliyin irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub.

Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb.  20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların yaşıl keçidinə dair ilk qlobal təşəbbüsdür.

Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir. Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılacaq və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılacaq. 

KOBİA-nın stendində həmçinin, tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur.

Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyır. 

“Caspian Oil and Gas” sərgisi sabah başa çatacaq. Bu müddətdə KOBİA-nın stendi yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və digər maraqlı tərəflər üçün görüşlər, məsləhət xidməti və Bakı İqlim Bəyannaməsinin təşviqinə dəstək platforması kimi fəaliyyət göstərəcək.

FOTOLAR

KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur — 1
KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur — 2
KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur — 3
KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur — 4
KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur — 5
XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər