Azərbaycanda IT sektoru niyə zəifdir?

Azərbaycanda IT sektoru niyə zəifdir?
22.04.2026 14:37 İqtisadiyyat

Region ölkələri ilə müqayisədə Azərbaycanın IT ixracı hələ də istənilən səviyyəyə çatmayıb və bu sahədə inkişaf tempi nisbətən zəifdir. Son illərdə rəqəmsallaşma istiqamətində müəyyən addımlar atılsa da, ixrac yönümlü texnologiya məhsulları və xidmətlərinin payı məhdud olaraq qalır. 

Bu sahədə ləngimənin səbəbi nədir və inkişafı sürətləndirmək üçün hansı addımlar atılmalıdır?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Əmrah Mövsümzadə TodayPress TV-yə mövzunun aktuallığını vurğulayaraq bildirib ki, mövcud vəziyyət bir neçə sistemli faktorla bağlıdır.


Onun sözlərinə görə, əsas problemlərdən biri ölkədə texnoloji ekosistemin tam formalaşmamasıdır:

"Bu sahədəki ləngimənin əsas səbəblərindən biri texnoloji ekosistemin tam formalaşmamasıdır. Xüsusilə də məhsul yönümlü, product-based yanaşmanın zəif inkişafı, yerli şirkətlərin daha çox xidmət əsaslı, yəni outsourcing modellərə üstünlük verməsi ixrac potensialını məhdudlaşdırır. Beynəlxalq bazarda rəqabət üçün kiber təhlükəsizlik və məlumat qorunması standartları kritik əhəmiyyət daşıyır. Beynəlxalq standartlara uyğun kiber təhlükəsizlik və məlumat qorunması mexanizmlərinin yetərincə inkişaf etməməsi xarici bazarlarda etibarın formalaşmasına mane olur. Qlobal bazarda fəaliyyət göstərmək üçün ISO 27001 kimi standartlara uyğunluq və güclü təhlükəsizlik infrastrukturu artıq seçim deyil, zərurətdir".

Ekspert insan kapitalı probleminə də diqqət çəkib. Onun fikrincə, texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli ixtisaslı kadrların sayı məhduddur:

"Azərbaycanda texniki biliklərə malik mütəxəssislər olsa da, yüksək səviyyəli mühəndislik, məhsul dizaynı, təhlükəsizlik arxitekturası və qlobal bazar təcrübəsi olan kadrların sayı olduqca məhduddur. Bu da innovativ və rəqabətqabiliyyətli məhsulların yaranmasını olduqca ləngidir".

Mütəxəssis vurğulayıb ki, startap ekosisteminin zəifliyi və risk kapitalına çıxışın məhdudluğu da inkişaf tempinə mənfi təsir göstərir:

"Güclü IT ixracı olan ölkələrdə dövlət, özəl sektor və investorlar arasında əməkdaşlıq daha effektiv qurulub. Azərbaycanda isə bu əməkdaşlıq hələ istənilən səviyyədə deyil. İlk növbədə kiber təhlükəsizlik sahəsində milli standartlar gücləndirilməli və şirkətlər beynəlxalq sertifikasiyaya təşviq olunmalıdır. Bu xarici müştərilər üçün etibarlığı artıracaq".

Əmrah Mövsümzadə məhsul yönümlü startapların dəstəklənməsi üçün vergi güzəştlərinin və maliyyə təşviqlərinin artırılmasını təklif edib.

“Xüsusilə SaaS və süni intellekt əsaslı həllərin inkişafı üçün əlavə dəstək mexanizmləri vacibdir. İnsan kapitalının inkişafı da əsas prioritetlərdən biridir. Praktiki yönümlü təhsil proqramları, beynəlxalq əməkdaşlıqlar və real layihələr üzərində təlim modelləri genişləndirilməlidir. Xüsusilə kiber təhlükəsizlik, blok texnologiyaları və süni intellekt sahələrində ixtisaslaşma mütləq vacibdir".

Sonda o, dövlət səviyyəsində vahid strategiyanın hazırlanmasının əhəmiyyətini qeyd edib:

"IT Export Strategy kimi konkret yol xəritəsi hazırlanmalı və bu strategiya çərçivəsində hədəf bazarlar, prioritet texnologiyalar və dəstək mexanizmləri aydın şəkildə müəyyən edilməlidir. Azərbaycanın IT ixrac potensialı yüksəkdir, lakin bu potensialın reallaşması üçün sistemli yanaşma və qlobal bazar düşüncəsi həlledici rol oynayır".

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 All News