Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir

Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir
22.07.2025 17:40 İqtisadiyyat

Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

TodayPress TV İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə keçirilmiş dəyirmi masada məlumat verilib.

Nazir iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.

Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.

2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır.

Görüşdə Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.

Tədbirdə Çexiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru David Müller ölkəsinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini vurğulayıb. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq, o cümlədən, ölkələrimizin işgüzar dairələri arasında işbirliyinin gücləndirilməsi üçün geniş imkanlar qeyd olunub. Çex şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Dəyirmi masada işgüzar münasibətlərin təşviqi haqqında müzakirələr aparılıb.

Tədbirdə Çexiyanın “Chemoprojekt”, “Czechoslovak Group”, “Mavel”, “Omnipol”, “Shkoda”, “TES VSETIN”, “VSL Group Activities” şirkətlərinin fəaliyyəti və istehsal etdiyi məhsullara dair təqdimatlar keçirilib, suallar cavablandırılıb.

XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər