Samokovda Azərbaycan güləşçilərinin uğurlu günü yaşandı
Bolqarıstanda güləş üzrə U-17 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, Samokov turnirinin ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Bu gün Ömər Salmanov (48 kq) finalda rusiyalı Artyom Tkaçenko ilə qitə çempionatının baş mükafatı uğrunda mübarizə aparacaq.
Qurban Məcnunov da (55 kq) adını çempionatın finalına yazdırıb. Güləşçimiz çempionluq uğrunda rusiyalı Edem Payziyevlə qurşaq tutacaq.
Orxan Həbibli (65 kiloqram) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Dionisios Bulutidis (Yunanıstan) – Qabriel Lunqu (Rumıniya) qarşılaşmasının qalibi olacaq.
Milli üzvlərindən Zəka Yusubov (80 kq) və Məhəmməd Mustafayev (110 kq) isə turnirlə erkən vidalaşıblar.
Namiq HUN