Şahmatçımız FIDE reytinqində irəlilədi

Şahmatçımız FIDE reytinqində irəlilədi
01.10.2025 13:08 İdman

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların oktyabrın 1-nə olan reytinqini açıqlayıb.

TodayPress TV xəbər verir ki, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov 2742 xalla dünya reytinqində 14-cü yerə yüksəlib.

Dünyanın yüksək reytinqli 100 kişi şahmatçısı sırasına Teymur Rəcəbov (2692 xalla, 38-ci sırada), Rauf Məmmədov (2655 xalla, 62-ci sırada) və Eltac Səfərli də (2630 xalla, 100-cü sırada) daxildir.

İlk üçlüyə Maqnus Karlsen (Norveç, 2839 xal), Hikaru Nakamura (ABŞ, 2816 xal) və Fabiano Karuana (ABŞ, 2789 xal) nəzarət edir. 

Qadınların reytinq cədvəlində isə qrossmeyster Ülviyyə Fətəliyeva uğurlu irəliləyişə nail olub. Özbəkistan turnirində hesabını 25 xal artıran şahmatçımız siyahıda 23 pillə irəliləyib. Aktivində 2410 xalı olan Ülviyyə 35-ci yerə yüksəlib. 

Fətəliyeva ilə yanaşı, Azərbaycanı dünyanın yüksək reytinqli 100 qadın şahmatçısı sırasında Günay Məmmədzadə (2390 xalla 51-ci sırada), Gövhər Beydullayeva (2362 xalla 73-cü sırada) və Xanım Balacayeva (2351 xalla 87-ci sırada) da təmsil edir.

İlk üçlüyü Çin qrossmeysterləri Hou İfan (2617 xal), Çju Tziner (2569 xal) və Lei Tsinze (2566 xal) nəzarətdə saxlayır. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Yeni yaradılan Agentliyin büdcəsi necə formalaşacaq? - DETALLAR 15:02 Avropa Liqası öncəsi “Qarabağ” Avstriyaya yollanacaq 14:43 Bu sənədi almaq "ASAN"laşır 14:41 Rusiya özündən çıxıb, Azərbaycanda edə bilmədiklərinin əvəzini İrəvandan çıxacaq 14:41 Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN 14:30 Şəhidin həyat yoldaşını qayınatası "qanpulu"na görə öldürüb? - Ölkə cavab axtarır, niyə? 14:24 Titullar hər şeydir: futbol nəhənglərinin fərqli strategiyası 14:17 Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 Bütün Xəbərlər