Rusiyalı alpinist həlak oldu

Rusiyalı alpinist həlak oldu
23.08.2025 10:30 İdman

Rusiyalı alpinist Natalya Naqovitsınanın Qırğızıstanda yerləşən Qələbə zirvəsində həlak olduğu bildirilib. 

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı məşhur SHOT Teleqram kanalı yayıb.

Bildirilir ki, Naqovitsınanın cəsədi 7 min metr hündürlükdən yalnız hava şəraiti normallaşdıqdan sonra helikopter vasitəsilə endirilə biləcək. Həmçinin, rusiyalı alpinisti xilas etməyə çalışarkən həyatını itirən italiyalının cəsədini daşımaq üçün 4,5 min metr hündürlükdə fəaliyyət göstərən xilasetmə qrupu da geri çağırılıb.

Naqovitsına 11 gün ərzində -26 dərəcə şaxtada, yemək və susuz, yalnız qaz ocağı, yuxu torbası və cırıq çadırla “Quş” qayasının altında qalıb.

Avqustun 12-də 7 min metr yüksəklikdə ayağını sındıran Naqovitsınaya beynəlxalq komandadakı həmkarlarından biri ilkin tibbi yardım göstərib və kömək çağırmaq üçün düşərgəyə enib. Onu evakuasiya etməyə çalışan iki əcnəbi alpinistin cəhdi uğursuz olub. Nəticədə qadın yuxu torbasına bükülərək zirvədə qoyulub.

Rusiya Alpinizm Federasiyasının Klassik Alpinizm Komissiyasının sədri Aleksandr Yakovenko daha əvvəl bildirib ki, Tyan-Şan dağlarında aparılan xilasetmə əməliyyatında iştirak edənlər Naqovitsınanın sağ qalıb-qalmadığına əmin deyillər.

Namiq HUN

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər