MDB Oyunları: Bu gün Xankəndidə kamandan ox atılacaq
III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq.
TodayPress TV xəbər verir ki, Xankəndidə 4 günlük kamandan oxatma yarışı start götürəcək.
Batut gimnastları isə Şəkidə məharətlərini göstərəcəklər. İdmanın bu növündə qaliblər müəyyənləşəcək.
Eyni məkanda çövkən üzrə yarışlarda Qırğızıstan Küveytlə, Qazaxıstan isə Türkiyə ilə üz-üzə gələcək.
Gəncə İdman Sarayında üzgüçülər sonuncu yarış gününün mükafatçılarını müəyyən edəcəklər.
Həmçinin bu gün Oyunların mərkəzi şəhərində qılıncoynatma yarışı start götürəcək.
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının 1/4 və yarımfinal qarşılaşmaları reallaşacaq.
Qəbələdə badminton üzrə qarışıq komanda növündə final görüşü baş tutacaq.
Namiq HUN