Çempionlar Liqası: “Qarabağ”dan tarixi zəfər

Çempionlar Liqası: “Qarabağ”dan tarixi zəfər
17.09.2025 08:31 İdman

“Qarabağ” dünyanın ən nüfuzlu klub turniri - UEFA Çempionlar Liqasının Liqa mərhələsinə qələbə ilə başladı. Azərbaycan futbolunun şəksiz lideri nəhənglərin baş-başa gəldiyi yarışa tarixi qələbə ilə start verdi.

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı.

“Benfika” ilə “Eştadiu da Luş”da reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı qələbəsi ilə başa çatdı. Azərbaycan çempionu matçda möhtəşəm geridönüşlə Lissabonun “işıqlı stadion”unu zülmətə qərq etdi.

“Qarabağ” ilk yarım saatın tamamında Leandro Andrade ilə hesab arasındakı fərqi minimuma endirdikdən sonra, kim-kimdir məsələsinə böyük ölçüdə aydınlıq gətirə bilərdi. İlk hissənin son 15 dəqiqəsində Kadi topu dirəyə çırpdı, Duran isə qolkiperi ram edə bilmədi. Kamilo yalnız 48-ci dəqiqədə oyunda status-kvonu bərpa edə bildi. Qələbə qolu isə qapıçı Mateuş Koxalskinin ötürdüyü topla gəldi. “Qarabağ” “Benfika”nı Aleksey Kaşukun 86-cı dəqiqədə vurduğu qələbə qolu ilə yıxdı. Qarşılaşmanın final fitindən sonra yerli azarkeşlər “Benfika”nın meydanı tərk edən baş məşqçisi Brunu Lajeyə ağ bayraq göstərərək, onun istefa verməsini tələb etdilər.

Görünən odur ki, “qartallar” Avropanın ən güclüləri sırasında olmağı bacarsalar da, məşhur "Quttmann lənəti"ndən hələ də canlarını qurtara bilməyiblər. Kluba ardıcıl 2 Çempionlar Kubokunu qazandıran baş məşqçi Bela Quttmann diqqətdən kənar qaldığına görə klubdan ayrılır. Narazı mütəxəssisin "mənsiz 100 il heç bir Avropa kubokunu qazana bilməyəcəksiniz" cümləsi lənətə çevrilir və o vaxtdan bəri “Benfika”çıxdığı heç bir finalı qələbə ilə başa vura bilməyib. Klub, tarixi gündə də eyni aqibəti yaşadı.

Ağdam təmsilçisinin Çempionlar Liqasının Liqa mərhələsi tarixində qazandığı ilk qələbəsini seyr edənlər arasında “qartallar”ın əfsanəsi Rui Koşta da var idi. O, professor Qurban Qurbanovun Lissabonu necə məhv etdiyini görüncə başını tutdu.

“Qarabağ”ın portuqaliyalı legioneri Leandro Andrade Lissabon fatehinin futbol fəlsəfəsinin vurğunudur:

"Qurban Qurbanovun çox güclü fəlsəfəsi var. Harada oynayırıqsa, biz həmişə prinsiplərimizə sadiqik: dominant futbol, topa sahib olmaq, nəzarət, xətlər arası gözəl oyun, pressinq, topu ələ keçirmək və sürətə güvənmək. Əsas odur ki, inamlı və cəsarətli oynayaraq, futbolumuzu tətbiq edək", - deyə yarımmüdafiəçi bildirib.

“Qarabağ” məhz bu düşüncə ilə Benfikanı məyus etdi.

Bəli, Avropanın qədim şəhərlərindən olan Lissabonda baş tutan qarşılaşmanın sərfəli nəticəsinə ümidliydik. Bu əminlik hissini bizə verən də çempionumuzun Avropa arenalarında göstərdiyi oyunlar və nəticələrdir. Rəqibin kimliyindən və ya ad-sanından asılı olmayaraq, “iştah diş altındadır” deyib “köhlən atlarımıza” həmişə beləcə şahə qalxmağı arzulayırıq.

Növbəti tarixin şahidi olmaq şansını bizdən əsirgəməyin.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər