“Çelsi” azarkeşlərini həyəcanlandıran xəbər gəldi
“Çelsi” klubunun rəhbərliyi baş məşqçi postu ilə bağlı Xabi Alonso ilə danışıqlar aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.
Bildirilir ki, təyinatla bağlı yekun qərar yaxın vaxtlarda veriləcək.
London təmsilçisi yeni baş məşqçi axtarışlarını davam etdirir və mütəxəssisin adını dünya çempionatına qədər açıqlamağı planlaşdırır. Namizədlər siyahısında həmçinin Andoni Iraola, Oliver Qlasner və Marko Silva da yer alır.
Qeyd edək ki, Xabi Alonsonun son iş yeri “Real Madrid” klubu olub. O, “kral klubu”nu 2025-ci ilin iyunundan 2026-cı ilin yanvarın 12-dək çalışdırıb. Alonso komandaya rəhbərlik etdiyi müddətdə keçirdiyi 28 matçın 20-də qələbə qazanıb, 3 görüş heç-heçə başa çatıb, 5 qarşılaşmada isə məğlub olub.
Namiq HUN