“Çelsi” arxa xətti gücləndirir
“Çelsi” klubu Fransa “Strasburq”undan müdafiəçi Mamadu Sarrın transfer olunduğunu elan edib.
TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2033-cü ilə qədər olan uzunmüddətli müqavilə imzalanıb.
"Xoş gəlmisən, Mamadu!" – deyə London təmsilçisinin paylaşımında qeyd olunub.
Qeyd edək ki, Mamadu Sarr “Strasburq” klubuna 2024-cü ilin avqustunda keçmişdi. Son mövsümdə müdafiəçi Liqa 1-də 27 oyuna çıxıb və Fransa Kuboku uğrunda görüşdə heyətdə yer alıb. Sarr “Strasburq”dan əvvəl “Lion” klubunda top qovub. O, Fransa U-20 millisinin üzvüdür. Müdafiəçi komandanın heyətində iki oyunda meydana çıxıb.
“Transfermarkt” portalı gənc futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.
Namiq HUN