Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi
17.05.2025 15:21 Hərbi

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar. Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

TodayPress TV xəbər verir ki, Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb. ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ilə görüşüb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb. Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar.

Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.

Daha sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.

Ölkəmizə "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

FOTOLAR

Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi — 1
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi — 2
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi — 3
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi — 4
Türkiyə MMU-nun nümayəndə heyəti Naxçıvana səfər etdi — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər