Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir

Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir
09.10.2025 16:43 Hərbi

Oktyabrın 9-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub.

Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən rəsmi qarşılanma mərasimində Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçiblər. Azərbaycan və Slovakiya respublikalarının Dövlət himnləri səsləndirilib. Slovakiyalı qonaq protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

İki ölkənin Baş Qərargah rəisləri arasında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K.Vəliyev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycanla Slovakiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general D.Zmeko bu cür səfərlərin iki ölkə arasında hərbi əlaqələrin genişləndirilməsi və ordularımızın inkişafı baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Slovakiya arasında müdafiə sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Kibertəhlükəsizlik Mərkəzində olub. Burada onlara Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi üzrə icra olunan tədbirlər, eləcə də kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.

Ölkəmizə rəsmi səfər çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) Döyüşü İdarəetmə Mərkəzində olan qonaqlar burada yaradılmış şəraitlə tanış olublar. Onlara mərkəzin strukturu, iş prinsipi və fəaliyyət istiqaməti ilə bağlı brifinq təqdim edilib.

Slovakiya hərbi nümayəndə heyəti HHQ-nin hərbi hissələrindən birini də ziyarət edib. Qonaqlara hərbi hissə haqqında ətraflı məlumat verilib, silahlanmada olan aviasiya və texniki vasitələrin nümunələri nümayiş etdirilib.

TodayPress TV

FOTOLAR

Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 1
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 2
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 3
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 4
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 5
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 6
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 7
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 8
Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizdə səfərdədir — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər