NATO DTMM-də Azərbaycan bayrağı qaldırıldı

NATO DTMM-də Azərbaycan bayrağı qaldırıldı
07.06.2025 13:20 Hərbi

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.

Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib.

Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb.

Çıxışda, həmçinin 2025-ci ildən etibarən 3 il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə Qərargah Zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Muradov Murad Eldar oğlunun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.

FOTOLAR

NATO DTMM-də Azərbaycan bayrağı qaldırıldı — 1
NATO DTMM-də Azərbaycan bayrağı qaldırıldı — 2
NATO DTMM-də Azərbaycan bayrağı qaldırıldı — 3
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər