Bakıda "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir

Bakıda "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir
16.09.2025 18:37 Hərbi

Bakıda “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat veirilib.

Bildirilib ki, kurs Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunda Müdafiə Nazirliyi və digər dövlət qurumlarının, eləcə də qardaş ölkələr - Türkiyə və Pakistandan olan nümayəndələrin iştirakı ilə baş tutub.

Kursun ilk günündə MMU rektoru general-mayor Gündüz Əbdülov dinləyicilərlə görüşüb, Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də öz adından onları təbrik edib və tədrisdə uğurlar arzulayıb.

MMU rektoru akademik kursda iştirak edən türkiyəli və pakistanlı dinləyiciləri də salamlayaraq, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirib, bu müttəfiqliyin hər üç ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalara toxunub.

General-mayor G.Əbdülov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzun hərbi təhsil sistemində qabaqcıl dünya təcrübəsinə və milli hərbi-strateji maraqlara əsaslanan yeniliklərin tətbiq olunduğunu, belə kursların zabitlərin peşəkarlığının artırılmasında mühüm rol oynadığını əminliklə bildirib. Rektor, həmçinin keçirilən kursun Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə qarşılıqlı əlaqələrinin güclənməsinə və birgə fəaliyyətlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.

Qeyd edək ki, dinləyicilərə tədris müddətində beynəlxalq münasibətlərin, qlobal təhlükəsizliyin, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mühazirələr oxunacaq, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.

TodayPress TV

FOTOLAR

Bakıda "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu" keçirilir — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər