Raqif Abbasovun məhkəməsində şahidlər ifadə verdi

Raqif Abbasovun məhkəməsində şahidlər ifadə verdi
09.07.2025 12:18 Hadisə

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə şahidlərin ifadəsi dinlənilib.

Şahid Sirac Axundov bildirib ki, o, Gənclər və İdman Naziriyində əsasən, döyüş, güləş idman növləri üzrə tədbirlərin təşkil edilməsində məsul şəxs olub: “Mən sambo, güləş, karate idman növləri üzrə yarışların təşkil edilməsində kurator vəzifəsində çalışırdım. Bu yarışlar plan təqvimi üzrə təşkil olunurdu. Bunlar üçün də müəyyən vəsait ayrılırdı. Yarışlar bəzən saat 22-23-dək davam edirdi və əlbəttə, nəqliyyat xərcləri də ödəməli olurduq. Belə yarışlar üçün ayrılmış vəsait mənim şəxsi kart hesabıma köçürülürdü. Bankdan onu çıxarıb gətirib plan üzrə xərcləyirdim. Elə vaxt olurdu ki, həmin plandan əlavə yarışlar da keçirirdik və qalibləri mükafatlandırırdıq. Belə yarışlar üçün əlavə xərcləri Eldəniz Qulamovdan alırdım. Çünki ümumi vəsait onda olurdu. Eldəniz Qulamov həmişə bunun qeydiyyatını aparırdı və ayın axırı hesabatda göstərirdi”.

Hakim Eldəniz Qulamovdan pulun bu qaydada çıxarılmasının səbəbini soruşub. Eldəniz Qulamov bildirib ki, anidən yaranan əlavə xərclər üçün pulu kartdan çəkmək uzun və çətin prosedur olduğu üçün belə bir addıma əl atıblar: "Yarışlarda birdən hansısa xərc yaranırdı. Məsələn, idmançılara yol üçün 5-10 manat artıq pul lazım olurdu. Əlbəttə, bu xərcin bank kartından nağdlaşdırılması və bankla razılaşdırılması ilə getdiyi üçün həm prosesi ləngidirdi, həm də komissiya ödədiyimiz üçün əlavə xərc yaranırdı. Buna görə pulu nağd çıxarıb, özümüzdə saxlayıb, oradan lazımi məqsədlərə xərcləyib, qeydiyyat aparırdıq”.

Dövlət ittihamçısı belə əməliyyatın aparılmasının qanuni olmadığını qeyd edib. Onun suallarını cavablandıran şahid əlavə edib ki, o, 500 manat maaş almasına baxmayaraq, artıq yaranan xərcləri öz cibindən qarşılayıb. Ayın sonunda isə həmin ödənişləri Eldəniz Qulamovdan geri alıb.

Növbəti proses iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb. İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər